Gürcüstandan ABŞ a MÜHÜM TƏKLİF KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
“ABŞ Prezidenti Donald Trampın ünvanladığı məktub iki ölkə arasında münasibətlərin yaxın vaxtlarda yaxşılaşa biləcəyinə dair müsbət siqnaldır”.
KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Baş nazirin sözlərinə görə, Tbilisi ABŞ-la münasibətləri tamamilə yenidən qurmağa, strateji tərəfdaşlığı bərpa etməyə və bunu konkret fəaliyyət planı əsasında yenidən başlamağa hazırdır.
Qeyd edək ki, bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp Amerikanın müstəqilliyinin 250 illiyi münasibətilə göndərilən təbrikə cavab olaraq İrakli Kobaxidzeyə təşəkkür məktubu ünvanlayıb.
Məktubda Tramp iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsin, birlikdə daha təhlükəsiz, firavan və dinc gələcək naminə əməkdaşlığın inkişaf etdirilməsini arzuladığını ifadə edib.
Prezident məktubunda ABŞ dəyərlərini bölüşən tərəfdaşlarla dostluğu yüksək qiymətləndirdiyini vurğulayıb və Gürcüstan rəhbərliyinə Amerikanın əsas prinsiplərinin, həyat, azadlıq və xoşbəxtliyə can atma ideallarının qeyd olunmasına qoşulduğuna görə təşəkkür edib.
Günay Əli
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 19 İyul 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















