Gürcüstandan Azərbaycana heyvan idxalına məhdudiyyət qoyulacaq
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Mümkün infeksiya yayılmasının qarşısını almaq üçün Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların Azərbaycan ərazisindən keçməklə tranzit daşınması, habelə Gürcüstandan damazlıq və yetişdirmə məqsədilə (kəsim məqsədilə idxal edilən heyvanlar istisna olmaqla) heyvanların bu ölkəyə idxalı oktyabrın 25-dən etibarən məhdudlaşdırılır.
24News.ge xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, bununla yanaşı, ölkəyə idxal olunan heyvanlar karantinə yerləşdiriləcək, onlara klinik baxış keçirilərək laborator diaqnostik nümunələrin götürülməsi prosesi davam etdiriləcək.
Qeyd edək ki, Azərbaycanın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:206
Bu xəbər 19 Oktyabr 2025 05:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















