“Gürcüstandan Azərbaycana sentyabrın 17 dək bütün qatar biletləri satılıb” ADY
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gürcüstandan Azərbaycana qayıtmaq istəyən bəzi vətəndaşlar problemlə üzləşib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baku.ws məlumat yayıb.
Məlumata görə, vətəndaş bildirib ki, özü və ailəsi ilə yanaşı, yüzlərlə azərbaycanlı Gürcüstandan Bakıya qayıtmaqda çətinlik yaşayır.
Onun sözlərinə görə, qatar biletləri tükənib. Bu səbəbdən onlar Azərbaycanın Gürcüstandakı səfirliyinə də müraciət ediblər.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarından bildirilib ki, yüksək tələbat səbəbindən Gürcüstandan Azərbaycan istiqamətində sentyabrın 17-dək bütün qatar biletləri satılıb.
ADY sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı və biletlərini öncədən almağı tövsiyə edib.
Bu mövzuda digər xəbərlər:Gürcüstandan Azərbaycana pul köçürmələri artıb
16 Aprel 2026 15:18
Gürcüstandan Azərbaycana yeni yol çəkiləcək
21 Oktyabr 2026 10:39
Gürcüstandan Azərbaycana pul köçürmələri cüzi azalıb
19 Dekabr 2024 11:34
Əfqan Sadıqov Gürcüstandan Azərbaycana ekstradisiya olunacaq
28 Noyabr 2024 21:16
Samir Mehdiyev Gürcüstandan Azərbaycana ekstradisiya olundu
31 Oktyabr 2025 12:59
Baxış sayı:133
Bu xəbər 06 Avqust 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















