Icma.az
close
up
RU
Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb Siyahı

Gürcüstandan ən çox pul Azərbaycana köçürülüb Siyahı

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Bu ilin iyul ayında Gürcüstandan xarici ölkələrə ümumilikdə 39 milyon dollar (102,8 milyon lari) pul köçürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
Bildirilir ki, bu göstərici 2025-ci ilin iyul ayı ilə müqayisədə 4,7% çoxdur. Belə ki, ötən ilin eyni dövründə Gürcüstandan xaricə 37,3 milyon dollar köçürülüb.
Məlumata əsasən, bu ilin iyulunda Gürcüstandan ən çox pul Azərbaycana göndərilib. Beləliklə, Azərbaycan Türkiyəni geridə qoyaraq xaricə pul köçürmələri üzrə ilk pilləyə yüksəlib. Ötən ilin iyulunda isə ən çox vəsait Türkiyəyə köçürülüb.
2026-cı ilin iyulunda Gürcüstandan ən çox pul köçürülən 10 ölkə aşağıdakı kimi olub:
Azərbaycan – 6,985 milyon dollar
Türkiyə – 6,435 milyon dollar
Rusiya – 3,663 milyon dollar
Ukrayna – 2,436 milyon dollar
Özbəkistan – 2,430 milyon dollar
Yunanıstan – 2,247 milyon dollar
Qazaxıstan – 1,916 milyon dollar
İtaliya – 1,395 milyon dollar
Almaniya – 1,168 milyon dollar
Ermənistan – 1,029 milyon dollar
Onu da bildirək ki, iyul ayında Gürcüstana daxil olan pul köçürmələrinin həcmi də artım göstərib. Belə ki, 2026-cı ilin iyulunda Gürcüstana xaricdən 350,05 milyon dollar (922,2 milyon lari) pul köçürülüb. Bu, 2025-ci ilin iyulu ilə müqayisədə 13,1 milyon dollar və ya 3,9% çoxdur.
Milli Bankın statistikasına əsasən, iyul ayında Gürcüstana daxil olan xarici pul köçürmələrinin 97,6%-i 29 əsas tərəfdaş ölkənin payına düşüb. Bu ölkələrin hər birindən Gürcüstana 1 milyon dollardan çox vəsait daxil olub. İyul ayında Gürcüstana ən çox pul ABŞ-dən köçürülüb. ABŞ-dən Gürcüstana pul köçürmələri illik müqayisədə 11,2% artaraq 67,8 milyon dollara çatıb. İsraildən köçürmələr 21,6% artaraq 29,3 milyon dollar, Türkiyədən göndərilən vəsait isə 21,8% artaraq 12,2 milyon dollar təşkil edib.
Rusiyadan Gürcüstana pul köçürmələrində isə azalma davam edib. Belə ki, iyul ayında Rusiyadan Gürcüstana 42 milyon dollar göndərilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 7,15% azdır.
Gürcüstana daxil olan pul köçürmələrində ən böyük pay isə Avropa İttifaqı ölkələrinin payına düşüb. İyul ayında Aİ ölkələrindən Gürcüstana ümumilikdə 153 milyon dollar köçürülüb. Bu məbləğ ümumi pul köçürmələrinin təxminən 44%-ni təşkil edib və illik müqayisədə 2,4% artıb. Aİ ölkələri arasında İtaliya, Almaniya və Yunanıstan Gürcüstana ən çox pul göndərən ölkələr sırasında yer alıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 18 Avqust 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri