Icma.az
close
up
RU
Gürcüstanın ABŞdakı səfiri istefa verib “Formula”

Gürcüstanın ABŞdakı səfiri istefa verib “Formula”

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın ABŞ-dakı səfiri və respublikanın keçmiş xarici işlər naziri David Zalkaliani Tbilisidə etiraz aksiyaları fonunda istefa verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstanın müxalif “Formula” telekanalı Gürcüstan Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Gürcüstan xarici işlər nazirinin müavini Teymuraz Canjalia da vəzifəsini tərk edib. Bundan əvvəl Gürcüstanın Bolqarıstan və Hollandiyadakı səfirləri, eləcə də İtaliyadakı səfiri istefa verdiklərini bəyan ediblər.

Tbilisidə şənbə günü parlament binası yaxınlığında hökumət əleyhinə növbəti aksiya keçirilir. Rustaveli prospektində on minlərlə insan toplaşıb. Prospektində nəqliyyatın hərəkəti dayandırılıb.

Artıq son iki gündə Gürcüstanda kütləvi etiraz aksiyaları keçirilib. Noyabrın 29-dan 30-na keçən gecə Tbilisidə parlamentdə keçirilən aksiyalar su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edən təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmaya çevrilib. Gürcüstanın baş naziri İrakli Kobaxidzenin qeyd etdiyi kimi, bu, “etirazçıların sistemli zorakılığına” cavab idi. Hər iki tərəfdən xəsarət alanlar var. İki gün ərzində polis təxminən 150 nəfəri saxlayıb.

Etirazın səbəbi Kobaxidzenin noyabrın 28-də verdiyi açıqlama olub. O bildirib ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlar məsələsini gündəliyə salmamaq və təşkilatdan bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib.

Hökumət başçısının sözlərinə görə, buna səbəb Aİ-nin ona qoşulmaq üzrə dialoqun başlanması ilə bağlı davamlı şantajı, parlamentin qəbul etdiyi bir sıra qanunların ləğv edilməsi tələbləri və Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə çağırışlar olub.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Noyabr 2024 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri