Icma.az
close
up
RU
Gürcüstanın böyük biznesi müxalifəti dəstəklədi

Gürcüstanın böyük biznesi müxalifəti dəstəklədi

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gürcüstanın iki ən böyük bankı – “Bank of Georgia” və “TBC Bank”, telekommunikasiya operatorları “Magticom və “Silknet”, “Developer ORBI Group”, eləcə də ölkənin ən böyük avtomobil dileri şirkəti “Tegeta” hökumətin Avropaya inteqrasiyanı dayandırmaq qərarına qarşı çıxıb və etirazçıları dəstəkləyib.

“Cebheinfo.az” xəbər verir ki, bunu Gürcüstan mətbuatı və “The Bell” yazıb.

“Gürcüstanın Avropa və Avro-Atlantik gələcəyi xalqımızın mütləq əksəriyyətinin tarixi seçimidir və bu, Gürcüstan Konstitusiyasının 78-ci maddəsində təsbit olunub. Biz qəti şəkildə əminik ki, Avropaya inteqrasiyanın müvəqqəti dayandırılması gürcü xalqının iradəsinə və Gürcüstan Konstitusiyasına ziddir. TBC həmişə Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyasının qeyd-şərtsiz tərəfdarı olub və belə də qalır”, - “TBC Bank”ın bəyanatında deyilir.

“Magticom” təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün hərəkətlərini pisləyib. “Tegeta” qeyd edib ki, mövcud böhran vəziyyəti ölkənin gələcəyi üçün zərərlidir, inkişafi və ümumi məqsədləri təhdid edir.

“Paper Katruli” xəbər verir ki, Gürcüstanın müxtəlif ölkələrdəki səfirləri hakimiyyətin hərəkətləri səbəbindən kütləvi şəkildə istefaya gedirlər. ABŞ Hollandiya, Bolqarıstan, İtaliya və Litvada diplomatlar öz vəzifələrini tərk ediblər. İlk istefa verənlərdən biri Gürcüstanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Otar Berdzenişvili olub.

“Mən istənilən zorakılığı pisləyirəm. Gürcüstanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tərk edirəm”, - Hollandiyadakı səfir David Solomonia deyib.

“Newsgeorgia”-nın məlumatına görə, Gürcüstanın müdafiə departamentinin onlarla əməkdaşı Xarici İşlər Nazirliyinin əməkdaşlarının ardınca Aİ və NATO-ya üzvlük kursuna sadiq olduqlarını bildiriblər. Hazırda bəyanatı 43 nəfər - Gürcüstan Müdafiə Nazirliyinin departamentlərinin əməkdaşları imzalayıb.

Gürcüstan Konstitusiya Məhkəməsinin bəzi əməkdaşları da hakimiyyəti Avropa İttifaqına üzvlüklə bağlı danışıqların dondurulması qərarına yenidən baxmağa çağırıblar. Onlar hesab edirlər ki, hökumətin bu qərarı Gürcüstan vətəndaşlarının konstitusiya iradəsinə məhəl qoymur və əsas qanunun maddəsinə ziddir.Ona görə konstitusiya orqanları Gürcüstanın Aİ və NATO-ya tam inteqrasiyasını təmin etmək üçün bütün tədbirləri görməlidir.

Bundan əvvəl ABŞ Dövlət Departamenti hakim “Gürcü arzusu” Partiyasının Avropa İttifaqına üzvlüyünü dayandırması ilə bağlı qərarı ilə əlaqədar Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını bəyan edib.

Dövlət Departamenti öz hakimiyyətinin hərəkətlərinə etiraz edən nümayişçiləri dağıtmaq üçün polisin gücdən “həddən artıq istifadə etməsini” pisləyib. Vaşinqton həmçinin bütün tərəfləri etirazların dinc xarakter daşımasını təmin etməyə çağırıb.

Departament qeyd edib ki, Gürcüstan hökuməti parlament seçkilərində baş verən pozuntularla bağlı şəffaf araşdırma aparmalı və antidemokratik qanunları ləğv etməlidir.

Xəzər

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Dekabr 2024 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri