Gürcüstanın Daxili İşlər Nazirliyi etirazçılara xəbərdarlıq ETDİ
Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidəki etirazçılara qanun çərçivəsindən kənara çıxmamaları ilə bağlı çağırış edib.
"Hurriyyet.Az" "Report"a istinadən xəbər verir ki, ölkənin daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze keçirdiyi brifinqdə etdiyi çağırışda deyilir:
“Sosial şəbəkələrdə müxtəlif strateji əhəmiyyətli obyektləri bloklamağa çağırışlar, o cümlədən televiziya kanallarını, dəmir yolu stansiyalarını, mərkəzi magistralları və digər əsas obyektləri piket etməklə bağlı fikirlər səsləndirilir. Mitinqin təşkilatçılarına və iştirakçılarına xatırlatmaq istərdik ki, Gürcüstan qanunvericiliyi aksiya və nümayişin keçirilməsinin hüquqi çərçivələrini və miqyasını detallı şəkildə müəyyən edir, bu da aksiyaların sülhə bərabər xarakterini, ictimai təhlükəsizliyi, müxtəlif təsisatların düzgün fəaliyyətini və nəqliyyatın normal işini təmin etməyə yönəlib”.
O eyni zamanda xatırladıb ki, belə cinayətlər 3 ilə qədər azadlıqdan məhrumetmə ilə nəticələnir.
Baxış sayı:67
Bu xəbər 29 Noyabr 2024 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















