Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı 30 %i ötüb
Icma.az, Sonxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin III rübündə Gürcüstan ərazisinə daxil olan dəmir yolu yüklərinin 30,8 %-i və yaxud 258,751 min tonu Azərbaycandan göndərilib.
"Report" bu barədə Gürcüstan Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, III rübdə Gürcüstanın dəmiryolları ilə 3,6 milyon ton yük daşınıb ki, bu da, illik müqayisədə 0,7 % azdır. Ümumi yüklərin 10,1 %-i ölkədaxili, 30,5 %-i beynəlxalq (tranzit istisna olmaqla) və 59,4 %-i tranzit yüklərin payına düşüb.
Hesabat dövründə Gürcüstana daxil olan dəmiryolu yüklərinin 37 %-i Rusiyadan, 30,8 %-i Azərbaycandan və 32,2 %-i isə digər ölkələrdən daxil olub.
İyul-sentyabr aylarında yükdaşımaların ümumi həcminin 40,6 %-ni koks və emal olunmuş neft məhsulları, 16,6 %-ni kimya, kimya məhsulları və süni liflər; rezin və plastik məmulatları və 14,2 %-i isə metal filizləri, eləcə də mədən və karxana məhsulları təşkil edib.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 30 Noyabr 2024 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















