Icma.az
close
up
RU
Gürcüstanın ədliyyə naziri Azərbaycana gəldi

Gürcüstanın ədliyyə naziri Azərbaycana gəldi

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ədliyyə naziri Fərid Əhmədov Azərbaycanda səfərdə olan gürcüstanlı həmkarı Paata Salia ilə görüşüb, iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub.

Bu barədə Moderator.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Görüşdə Fərid Əhmədov bildirib ki, ölkələr arasında qarşılıqlı etimada əsaslanan əlaqələr təkcə ikitərəfli səviyyədə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.

Fərid Əhmədov qeyd edib ki, cari ildə Gürcüstanın prezidenti Mixail Kavelaşvilinin, eləcə də Baş naziri İrakli Kobaxidzenin vəzifəyə başladıqdan sonra ilk rəsmi səfərlərini məhz Azərbaycana etmələri iki ölkə arasında münasibətlərin səmimi xarakterini və qarşılıqlı hörmətə əsaslandığını bir daha nümayiş etdirir.

Görüşdə icra, xüsusi icra və probasiya sahələrinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi, bu istiqamətdə Gürcüstanla səmərəli təcrübə mübadiləsinin aparılması, həmçinin 2022-ci ildə Batumidə keçirilən Hüquq Forumu və imzalanmış Əməkdaşlıq Memorandumunun əlaqələrin inkişafına verdiyi töhfə müzakirə olunub. Tərəflər gələcəkdə də birgə tədbirlərin keçirilməsi və əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Görüşdə ədliyyə sahəsində rəqəmsallaşmanın hər iki ölkə üçün prioritet olduğu qeyd edilib. Bildirilib ki, ölkəmizdə icra proseslərinin rəqəmsallaşdırılması istiqamətində atılan innovativ addımlar - "Elektron hərrac" platforması, "Mobil icra" tətbiqi, eləcə də sənədlərə və qanunvericilik bazasına çıxışı təmin edən "E-qanun.ai" süni intellekt dəstəkli hüquqi axtarış platforması uğurla fəaliyyət göstərir.

Sonda vurğulanıb ki, bu səfər və keçirilən görüşlər təcrübə və fikir mübadiləsinə, eləcə də Azərbaycan və Gürcüstan arasında hüquqi əməkdaşlığın daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Noyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri