Gürcüstanın Hollandiyadakı səfiri istefa verdi Bu gün o ümid bitdi
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gürcüstanın Niderland Krallığındakı səfiri David Solomonia “Gürcü Arzusu”nun 2028-ci ilə qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlardan imtina qərarına etiraz olaraq istefa verib.
Gununsesi.info Gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə səfir özü bəyanat yayıb.
Səfirin sözlərinə ki, istənilən zorakılıq pisdir: “Gürcüstanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən istefa verirəm. Gürcüstanın diplomatik xidmətində keçirdiyim üç onilliyin çoxu Avropaya inteqrasiya məsələləri üzərində işləməyə həsr olunub. Peşəkar öhdəlikləriniz həyat seçimlərinizlə üst-üstə düşəndə bu, bir xeyirdir. İşin gedişatına zərrə qədər də təsir edə biləcəyimə inandığım müddətcə xidməti vəzifələrimi ciddi şəkildə yerinə yetirdim. Bu gün o ümid bitdi”-deyə Solomonia bəyanatda vurğulayıb.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 30 Noyabr 2024 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















