Gürcüstanın keçmiş Baş nazirinin partiyası parlamentdə fraksiya yaradıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Gürcüstanın müxalif “Qaxariya Gürcüstan naminə” partiyasının deputatları parlamentdə fraksiya formalaşdırıb.
APA-nın yerli bürosu xəbər verir ki, qanunverici orqanın Prosedur məsələlər komitəsi fraksiyanı qeydə alıb.
Komitə sədri Davit Matikaşvili bildirib ki, “Gürcüstan naminə” fraksiyası 10 deputatdan ibarət olacaq və ona Şalva Kereselidze rəhbərlik edəcək.
Qeyd edək ki, “Qaxariya Gürcüstan naminə” partiyasını 2021-ci ilin mayında keçmiş Baş nazir Giorgi Qaxariya təsis edib. O, bu ilin iyunundan Almaniyadadır və bu ölkədə yaşayış icazəsi alıb.
Partiya ötən il keçirilmiş parlament seçkilərində 12 deputat mandatı qazanıb. Siyasi birlik seçkilərin nəticələrini tanımadığından qanunverici orqanda təmsilçilikdən imtina edib. Siyasi təşkilat ötən həftə boykota son qoyub və deputat seçilmiş üzvləri bu gündən parlamentdə fəaliyyətə başlayıblar. Onlardan biri partiyanın siyasi şurasının üzvü Rusudan Tevzadze ötən gün deputat mandatından imtina edib və partiyadan istefa verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 28 Oktyabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















