Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsxanaya qaytarılıb
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin açıqlamasında bildirilib.
Nazirlikdən verilən açıqlamada: "Məhkum Mixail Saakaşvilinin sağlamlıq vəziyyəti qənaətbəxş olduğundan və artıq stasionar müalicəyə ehtiyac duymadığı üçün mülki sektor klinikasından çıxarılıb və 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb və orada cəzasını adi qaydada çəkməyə davam edəcək", - deyə qeyd edilib.
Xidmət Gürcüstan qanunlarına uyğun hərəkət edildiyini bildirib. Bəyanatda deyilir: "Xəstənin mülki sektor xəstəxanasından cəzaçəkmə müəssisəsinə qaytarılması onun sağlamlıq vəziyyəti nəzərə alınmaqla və müalicə həkiminin qərarı əsasında həyata keçirilib".
1 oktyabr 2021-ci ildə həbs olunduğu gündən bəri Saakaşvili altı aydan az müddətə həbsxanada qalıb. Qalan vaxtını xəstəxanalarda keçirib: əvvəlcə həbsxana xəstəxanasında, sonra Qoridəki hərbi xəstəxanada, 2022-ci ilin may ayından isə Tbilisidəki "Vivamedi" Klinikasında.
Bu günə qədər Mixail Saakaşvili dörd cinayət işi üzrə 12,5 il müddətinə azadlıqdan məhrum edilib: millət vəkili Valeri Gelaşvilinin döyülməsi, bank işçisi Sandro Qirqvlianinin qətlində məhkum edilmiş şəxslərin əfvi, dövlət vəsaitlərinin mənimsənilməsi və sərhədi qanunsuz keçmə.
7 noyabr 2007-ci il tarixli etiraz aksiyasının dağıdılması ilə bağlı iş hələ də məhkəmədədir.
2025-ci ilin noyabr ayında Saakaşviliyə qarşı "Konstitusiya quruluşu altında hakimiyyətin zorla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırış" ittihamı irəli sürülüb.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 13 Noyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















