Gürcüstanın müxalif partiyası parlamenti boykota son qoyub
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gürcüstanın müxalif "Qaxariya Gürcüstan naminə" partiyası parlamenti boykota son qoyaraq qanunverici orqanda təmsil olunmağa qərar verib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə partiyanın liderlərindən biri Giorgi Şaraşidze brifinqdə bildirib.
Onun sözlərinə görə, parlament tribunasından istifadə etməmək yalnız səhv deyil, həmçinin ölkəyə və xalqa qarşı cinayətdir.
Qeyd edək ki, sabiq Baş nazir Giorgi Qaxariyanın "Qaxariya Gürcüstan naminə" partiyası ötən ilin oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımayıb və əldə etdiyi 12 deputat mandatından imtina edib.
Gürcüstan parlamenti bu ilin iyulunda partiyanın mandatlarına vaxtından əvvəl xitam verib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 20 Oktyabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















