Icma.az
close
up
RU
Gürcüstanın Qərb siyasəti dəyişir: “Rusiya ilə əlaqələri dərinləşdirirlər” Ekspert

Gürcüstanın Qərb siyasəti dəyişir: “Rusiya ilə əlaqələri dərinləşdirirlər” Ekspert

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili hakim "Gürcü Arzusu" partiyasını və onun banisi Bidzina İvanişvilini ölkəyə qarşı xəyanətdə və dövlətçiliyin ləğvinə zəmin yaratmaqda ittiham edib. Saakaşvili Ukraynanın Rusiyaya qarşı hərbi əməliyyat fonunda Tbilisi rəhbərliyinin işğal altındakı Abxaziya üzərindən Moskvaya yanacaq tədarük etdiyini iddia edərək, ölkədəki bütün vətənpərvər qüvvələri birləşməyə və hakimiyyətə qarşı ümummilli müqavimət dalğası yaratmağa çağırıb: "Böyük əziyyətlə qurulmuş bugünkü Gürcüstan dövlətinin ləğvinə hazırlıq görülür.

Belə bir vəziyyətdə partiya mənsubiyyətinin, siyasi və şəxsi fikir ayrılıqlarının heç bir əhəmiyyəti yoxdur - bütün vətənpərvərlər bir araya gəlməli, ümummilli xilas dalğası yaratmalı və bunları hakimiyyətdən süpürüb atmalıyıq. Çünki artıq Gürcüstanın məhv edilməsinin son mərhələsinə keçiblər" .

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında "Gürcü Arzusu" partiyasının Rusiya ilə yaxınlaşması və bu ölkə ilə mövcud olan iqtisadi əlaqələrin hər kəsə məlum olduğunu bildirib. Onun sözlərinə görə, Ukraynanın Rusiyadakı neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində Rusiyada ciddi benzin və yanacaq qıtlığı yaranıb:

"Sabiq prezident Mixeil Saakaşvilinin Gürcüstanın Abxaziya üzərindən Rusiyaya yanacaq ixrac etməsi barədəki bəyanatları isə Qərbə ünvanlanmış bir mesaj xarakteri daşıyır.

​Bu iddiaların ana xətti ondan ibarətdir ki, "Gürcü Arzusu" partiyası və Bidzina İvanişvilinin nüfuzu altında olan Gürcüstan hökuməti Rusiyaya birbaşa iqtisadi və yanacaq dəstəyi göstərir. Müxalifət bu iddiaları əsas gətirərək Qərbi indiki Gürcüstan hökumətinə qarşı sanksiyalar tətbiq etməyə çağırır. Görünür, müxalifətin əlində bu iddiaları dəstəkləyən müəyyən sübutlar var və onlar bundan hakimiyyətə təzyiq vasitəsi kimi istifadə edirlər".

Siyasi ekspertin fikrincə, "Gürcü Arzusu" hökumətinin xarici siyasət kursunda dəyişiklik etdiyi aydın görünür: "Onlar manevr siyasəti yürütməyə çalışsalar da, praktiki olaraq Rusiya ilə əlaqələrin dərinləşdirilməsinə üstünlük verirlər. Saakaşvilinin də qeyd etdiyi kimi, hakim partiya faktiki olaraq Qərb yönümlü xarici siyasətdən imtina edib və Rusiyaya yanacaq tədarük etməklə Ukraynadakı müharibədə Moskvaya dəstək göstərmiş olur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Avqust 2026 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see340

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see307

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see306

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see302

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see276

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see272

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see263

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see255

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see253

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see251

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see244

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see233

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see230

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see229

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see224

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see222

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see218

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see213

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see211

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri