Icma.az
close
up
RU
Gürcüstanın qurtuluşu balanslı xarici siyasətdir ŞƏRH

Gürcüstanın qurtuluşu balanslı xarici siyasətdir ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Lakin bəzi dairələr bunu nəzərə almadan siyasi hakimiyyətin dəyişdirilməsinə çalışırlar


Gürcüstanda siyasi etirazlar və narazılıqların artması, ölkənin gələcəyi ilə bağlı ciddi suallar doğurur. Hökumət və müxalifət arasında artan gərginliklər və müxtəlif siyasi qüvvələrin təklif etdiyi müqavimət platformaları bu vəziyyəti daha da mürəkkəbləşdirir. Bütün bu proseslər, Gürcüstanın daxili siyasi dinamikasına və xarici siyasətinə də təsir edir. Bu vəziyyətdə, ölkənin gələcəyi üçün düzgün strateji yanaşmanın müəyyənləşdirilməsi isə vacibdir.


Mövzu ilə bağlı politoloq Sultan Zahidov Sherg.az-a açıqlama verib:


"Gürcüstanda 2024-cü il oktyabrın 26-da keçirilən seçkilərdən sonra artıq beş aya yaxındır ki, etiraz dalğaları davam edir. Ötən gün Tbilisidə Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili çıxış edərək siyasi bir müqavimət platformasının yaradılmalı oıduğunu söylədi.

Reallıq bundan ibarətdir ki bu platformanı nəzəri olaraq yaratmaq mümkün deyil. 

Bütün partiyaların bir araya gətirilməsi asan məsələ deyil. Hərçənd ki, bu partiyaların əksəriyyəti Avropa yönümlü olsalar da, aralarındakı siyasi baxış fərqləri vahid bir platformanın formalaşmasını çətinləşdirir. Digər mühüm faktor isə onları birləşdirəcək güclü bir liderin olmamasıdır.

Həm də belə bir platformanın yaradılması üçün xarici dəstəyə ehtiyac var. Lakin xaricdən açıq dəstək göstərilməsi həm həmin platformanın legitimliyinə kölgə sala bilər, həm də Gürcüstandakı daxili siyasi vəziyyəti daha da gərginləşdirə bilər. Xatırlatmaq lazımdır ki, məhz xarici təsirin güclənməsi Gürcüstanda şəffaflıq haqqında qanunun qəbul olunmasına səbəb oldu. Bu qanunun tətbiqi isə ölkədə kütləvi etirazlara yol açdı. Çünki Gürcüstanda bir sıra qeyri-hökumət təşkilatları (QHT) xarici mənbələrdən maliyyələşirdi və nəticədə, ölkənin daxili siyasətinə xarici müdaxilə artırdı".

Politoloq Gürcüstanın strateji cəhətdən önəmli bir ölkə olduğunu və burada Avropa İttifaqının, Rusiyanın, ABŞ-nin maraqlarının toqquşduğunu bildirib:

"Gürcüstan balanslı xarici siyasət yürütməlidir. Rusiya və Qərblə bərabər məsafəni qorumalıdır. Lakin bəzi dairələr bunu nəzərə almadan Gürcüstanda siyasi hakimiyyətin dəyişdirilməsinə çalışırlar. Bu dəyişiklikyin Gürcüstan xalqına nə qədər xeyir verəcəyi isə sual altındadır.

Tarixi təcrübə göstərir ki, Gürcüstanda baş verən hər bir siyasi dəyişiklik ölkə üçün həm müsbət, həm də mənfi nəticələr doğurub. Məsələn, 2003-cü il "Qızılgül inqilabı", Saakaşvilinin gəlişi müəyyən müsbət dəyişikliklər gətirsə də, 2008-ci ildə Rusiyanın hərbi müdaxiləsi Gürcüstan üçün ciddi problemlərə səbəb oldu. Buna görə də balanslı siyasət aparmaq Gürcüstanın uzunmüddətli sabitliyi üçün olduqca vacibdir.  

Hazırkı hökumət müəyyən qədər bu balansı qorumağa çalışır və seçkilərdə "Gürcü Arzusu" partiyasının qələbə qazanması da cəmiyyətin bu siyasətə müəyyən dərəcədə dəstək verdiyini göstərir. Əks tərəf isə daha radikal mövqe tutur və Gürcüstanın xarici siyasətində kəskin dəyişikliklər etməyi hədəfləyir". 

Ekspert sonda bunun ölkənin Rusiyaya qarşı növbəti dəfə Avropanın, Qərbin plasdarmı rolunu ifa etməsi demək olduğunu və Gürcüstanın gələcəyini ciddi sual altına salan bir məqam yaratdığını söyləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Aprel 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri