Gürcüstanın sabiq prezidenti prezidentin iqamətgahına hücumu pisləyib
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info xəbər verir ki, Gürcüstan prezidenti Mixail Kavelaşvilinin prezident administrasiyasının binasına soxulmağa cəhd edən etirazçılara qarşı polis su şırnaqlarından və digər vasitələrdən istifadə edib.
"Gürcü xalqının 310 günlük dinc etirazını gözdən salmaq üçün prezident sarayını ələ keçirmək kimi bu rəzaləti ancaq rejim təşkil edə bilərdi. Mən qanuni prezident kimi bunu rəsmən rədd edirəm və yeni seçkilərə nail olana qədər xalqımla sülh şəraitində olmağa davam edirəm", - deyə Zurabişvili sosial şəbəkə hesabında yazıb.
“Hazırkı etiraz aksiyası toplantılar və nümayişlər haqqında qanunla müəyyən edilmiş normaları aşıb. Etiraz təşkilatçıları inzibati binaları ələ keçirməyə yönəlmiş zorakı hərəkətlərə çağırıblar. Təşkilatçılar Atoneli küçəsində yerləşən prezident sarayının hasarlarını zədələyib və binaya daxil olmağa cəhd ediblər”, - deyə Gürcüstan Daxili İşlər Nazirliyi bəyanat yayıb.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 04 Oktyabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















