Icma.az
close
up
RU
Gürcüstanın Sülh Şurasına dəvət edilməməsi Tiflis üçün ciddi siqnaldır ŞƏRH

Gürcüstanın Sülh Şurasına dəvət edilməməsi Tiflis üçün ciddi siqnaldır ŞƏRH

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Artıq Gürcüstan Qərb üçün əvvəlki strateji və siyasi cəlbediciliyini itirib

Gürcüstan ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə Sülh Şurasına üzv olmaq üçün dəvət olunmayıb. Gürcüstan parlamentinin birinci sədr müavini Gia Volski dəvətin alınmamasını ölkənin şurada iştirakına ehtiyacın olmaması ilə əlaqələndirib. Onun sözlərinə görə, Sülh Şurasına müharibə ilə bağlı olan ciddi proseslərin yaşandığı ölkələr dəvət edilib.

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili isə baş verənlərə görə Gürcüstanın hazırkı hökumətini ittiham edib: “ABŞ Prezidenti Donald Tramp yaxın qonşularımızı Sülh Şurasına dəvət etsə də, Vaşinqtonda Gürcüstanı yada salan yoxdur. Azərbaycan da getdi, Gürcüstan tək qaldı. İndi mənə deyin: əgər 2012-ci ildən sonra mənim kursum davam etsəydi, bu yeni şuraya dəvət alardıqmı?”

Qeyd edək ki, Gürcüstan-ABŞ münasibətlərində gərginlik 2024-cü ilin sonundan davam edir. Həmin ilin noyabrın 30-da Vaşinqton Tbilisi ilə 2009-cu ildə əsası qoyulan strateji tərəfdaşlığı dayandırıb. Gürcüstan hökuməti ABŞ ilə strateji tərəfdaşlığı təmiz səhifədən bərpa etməyə hazırlığını dəfələrlə bəyan etsə də, Vaşinqton Tbilisi ilə münasibətlərlə bağlı rəsmi mövqeyini hələ də açıqlamayıb. 

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə “Sherg.az”a açıqlamasında bildirib ki, Gürcüstanın Dünya İqtisadi Forumuna, eyni zamanda da Sülh Şurasına üzv olmaq üçün dəvət edilməməsi rəsmi Tiflis üçün ciddi siyasi siqnaldır. Politoloqun fikrincə bu addım Gürcüstan hökumətinin son illərdə qəbul etdiyi qərarların Qərblə münasibətlərdə yaratdığı dərin etimadsızlığın göstəricisi kimi qiymətləndirilməlidir:

““Gürcü Arzusu” hökuməti rəsmən Avropaya inteqrasiyanı prioritet elan etsə də, vətəndaş cəmiyyəti institutları və media ilə bağlı qəbul edilən məhdudlaşdırıcı qanunlar, Rusiya ilə genişlənən iqtisadi əlaqələr, eləcə də Moskva ilə qeyri-şəffaf siyasi təmaslar Avrointeqrasiya ilə ziddiyyət təşkil edir. Nəticədə Gürcüstan beynəlxalq müstəvidə tədricən siyasi izolyasiya vəziyyətinə düşür. Gürcüstan hökuməti bu kursu “müstəqil xarici siyasət” kimi təqdim etməyə çalışsa da, ABŞ və Avropa İttifaqı ilə münasibətlərdə yaranmış böhran ölkə üçün müsbət perspektiv vəd etmir. Xüsusilə Rusiyanın regiondakı maraqlarına uyğun atılan daxili və xarici siyasət addımları Cənubi Qafqazda mənfi geosiyasi tendensiyaların dərinləşməsinə səbəb olur”.

M. Əsədullazadə qeyd edib ki, hazırda Gürcüstanın ABŞ və Avropa İttifaqı ilə münasibətləri ən aşağı səviyyələrdən birindədir və bu münasibətlərin normallaşdırılması istiqamətində real addımlar gözlənilmir: “Rəsmi Tiflis Zəngəzur dəhlizinin açılmasını da narahatlıqla qarşılayır ki, bu da Gürcüstanın regiondakı yeni nəqliyyat və enerji konfiqurasiyalarında öz rolunu itirmək qorxusundan qaynaqlanır. Artıq Gürcüstan Qərb üçün əvvəlki strateji və siyasi cəlbediciliyini itirib. ABŞ və Avropa İttifaqı regionda əməkdaşlıq baxımından Ermənistan və Azərbaycanla münasibətlərə daha çox üstünlük verməyə başlayıb. Bu isə Gürcüstanın regional proseslərdən kənarda qalması riskini artırır”.

Analitik hesab edir ki, Gürcüstan hökumətinin hazırkı siyasəti növbəti mərhələdə birbaşa öz əleyhinə işləyə bilər: “Avropa İttifaqının Gürcüstana qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etməsi ehtimalı realdır. Bu ssenari baş verərsə, Gürcüstanın həm daxili sabitliyi, həm də beynəlxalq mövqeləri ciddi zərbə ala bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Yanvar 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri