Gürcüstanın yeni patriarxı ölkədə dini və millətlərarasi nifaq yaradır
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gürcüstanın yeni patriarxı III Şio öz fəaliyyətinə dini və etnik ayrı-seçkilik xarakterli açıqlamalarla başlayıb. Patriarx Gürcüstanda yaşayan digər millətlərin sayının artması və islamın inkişafı ilə bağlı narahatlığını ifadə edib. Bu açıqlama ölkədə yaşayan müxtəlif xalqlar arasında haqlı narazılıq yaradıb. Halbuki patriarx cəmiyyətin birliyinə və milli harmoniyanın möhkəmlənməsinə xidmət edən mesajlar verməli idi. Əksinə, onun çıxışları millətlərarası münasibətlərdə gərginlik yaradan amilə çevrilir.
Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.
"Gürcüstanda azərbaycanlılar ölkənin ən böyük millətidir. Bu baxımdan, Şionun açıqlamalarının dolayısı ilə azərbaycanlılara və islam dininə qarşıdır. Mövcud yanaşma Gürcüstan cəmiyyətində parçalanma riskini artırır." Gürcü Arzusu" hökumətinin son dövrlərdə digər millətlərə münasibətdə sərgilədiyi siyasət də belə açıqlamaların ortaya çıxmasına zəmin yaradır" - o, deyib.
Politoloqun fikrincə, Avropa İttifaqının Gürcüstan hakimiyyətinə qarşı tətbiq etdiyi sanksiyalar müəyyən mənada rəsmi Tbilisinin siyasətinə beynəlxalq reaksiyanın göstəricisidir. Çünki Gürcüstan hakimiyyətinin apardığı siyasətin regionda təhlükəsizlik və sabitlik üçün risklər yaradır. Patriarxın ölkədə yaşayan digər millətləri hədəfə alan çıxışları da bu narahatlıqları daha da gücləndirir:
"Moskva Gürcüstanda xalqlar arasında qarşıdurma və qeyri-sabitlikdən faydalanmağa çalışır. Gürcüstanın de-fakto lideri Bidzina İvanişvili Gürcüstanı Rusiyanın narrativləri ilə idarə edir. Hakimiyyət ölkəni 1990-cı illərin siyasi atmosferinə qaytarır və bu siyasət Gürcüstan dövlətinin milli maraqlarına deyil, xarici təsirlərin güclənməsinə xidmət edir. Nəticədə isə regionda gərginlik və etimadsızlıq daha da artır".
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 18 May 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















