Gürcüstanla mənfi münasibətləri davam etdirmək Aİ nin maraqlarına uyğun deyil
Icma.az, Operativ MM saytına istinadən bildirir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanla münasibətlərin yaxşılaşdırılmasının Avropa İttifaqı üçün faydalı olduğuna əminliyini bildirib və buna görə də gələn il münasibətlərin bərpasına nikbin baxır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Kobaxidze bildirib ki, obyektiv olaraq, Gürcüstanla bu cür mənfi münasibətləri davam etdirmək, Aİ-nin maraqlarına uyğun deyil.
Baş nazir qeyd edib ki, bu şərtlər daxilində Şərqə yeni marşrutlar tapmaq Aİ-nin maraqlarına uyğundur və bu istiqamətdə ən effektiv marşrut Gürcüstandan keçərək Orta Asiya ölkələrinə və Çinə gedir.
“Avropa İttifaqı bunu etmədikdə, məntiqi olaraq belə bir nəticəyə gələ bilərik ki, Avropa bürokratiyası suveren hərəkət edə bilməz. Başqa heç bir izahımız yoxdur”, - deyə Kobaxidze bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 26 Dekabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















