Icma.az
close
up
RU
Güvənsizlik sevgi yaşamağa mane olur Psixoloq AÇIQLADI

Güvənsizlik sevgi yaşamağa mane olur Psixoloq AÇIQLADI

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Son dövrlərdə insan münasibətlərində ən çox hiss olunan problemlərdən biri güvən duyğusunun zəifləməsidir. İnsanlar bir-birinə yaxınlaşmaqdan çəkinir, münasibətlərdə ehtiyatlı davranır və çox vaxt qarşı tərəfə tam şəkildə açılmaq istəmirlər. Bu vəziyyət təsadüfi deyil və həm fərdi, həm də cəmiyyət səviyyəsində formalaşan bir çox amillərlə bağlıdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova insanlarda güvən hissinin azalmasından danışarkən bildirdi.

O, vurğuladı ki, güvən hissi insanın psixoloji təhlükəsizlik ehtiyacının əsas hissəsidir:

"İnsan güvəndiyi zaman özünü qorunmuş, dəyərli və qəbul edilmiş hiss edir. Lakin bu duyğu adətən uşaqlıq dövründə formalaşır. Əgər uşaq valideynləri tərəfindən emosional olaraq yetərincə görülmürsə, verilən sözlər tez-tez pozulursa, sevgi şərtli şəkildə göstərilirsə və ya uşaq tənqid və qorxu ilə böyüyürsə, onun daxilində “dünya təhlükəsiz yer deyil” inancı yaranır. Bu inanc isə yetkin yaşlarda insanlara güvənməkdə çətinlik kimi üzə çıxır".

Psixoloq qeyd etdi ki, yetkinlik dövründə yaşanan mənfi təcrübələr də güvən hissini ciddi şəkildə zədələyir:

"Aldadılmaq, xəyanətə uğramaq, manipulyasiya edilmək və ya emosional olaraq yarı yolda qalmaq insanın psixikasında dərin izlər buraxır. İnsan bir neçə dəfə məyus olduqdan sonra beynində müdafiə mexanizmi işə düşür və bu mexanizm onu “bir daha inciməmək üçün” güvənməməyə sövq edir. Zamanla bu davranış forması vərdişə çevrilir və insan yaxınlıqdan qaçmağa başlayır".

Müsahibimizin fikrincə, müasir həyat tərzi və sosial münasibətlərin dəyişməsi də güvənsizliyi artıran əsas amillərdəndir.

"Əlaqələrin sürətli qurulub eyni sürətlə də bitməsi, insanların bir-birini kifayət qədər tanımadan münasibətə başlaması və məsuliyyətsiz davranışlar güvən hissini zəiflədir. İnsanlar tez-tez “heç kim qalıcı deyil” düşüncəsi ilə yaşayır və bu da emosional bağ qurmağı çətinləşdirir. Sosial medianın təsiri də bu prosesdə mühüm rol oynayır. İnsanlar sosial platformalarda öz real həyatlarını deyil, ideal və filtrdən keçmiş obrazlarını nümayiş etdirirlər. Bu isə səmimiyyətə olan inamı azaldır. İnsan gördüyü ilə yaşadığı arasında fərq hiss etdikcə, başqalarına qarşı şübhə və etibarsızlıq yaranır. Eyni zamanda, mediada tez-tez rast gəlinən xəyanət, dələduzluq və zorakılıq xəbərləri insanlarda “heç kimə güvənmək olmaz” düşüncəsini gücləndirir".

Zeynəb Əyyubovanın sözlərinə görə, güvənsizlik insanın psixoloji vəziyyətinə mənfi təsir göstərir:

"Belə insanlar daim gərgin olur, qarşı tərəfin davranışlarını şübhə ilə analiz edir və emosional olaraq özlərini qoruyucu mövqedə saxlayırlar. Bu isə sağlam münasibət qurmağa, sevgi və yaxınlıq yaşamağa mane olur. Uzunmüddətli güvənsizlik tənhalıq hissini artırır, narahatlıq və təşvişə səbəb olur, bəzi hallarda isə depressiv vəziyyətlərə yol aça bilir. Lakin güvən hissi tamamilə itirilmiş bir duyğu deyil. Doğru yanaşma, fərdi fərqindəlik və bəzən peşəkar psixoloji dəstək vasitəsilə güvəni yenidən qurmaq mümkündür. İnsan əvvəlcə anlamalıdır ki, keçmişdə yaşanan hər hadisə gələcəkdə də eyni şəkildə təkrarlanacaq demək deyil. Hər insan və hər münasibət fərqlidir. Sağlam güvən birdən-birə deyil, zamanla, kiçik və ardıcıl təcrübələrlə formalaşır. Unutmaq olmaz ki, güvən zəiflik deyil. Əksinə, güvənmək insanın öz daxili gücünü və emosional sağlamlığını göstərir. Əsas olan kor-koranə güvənmək yox, sağlam sərhədlər daxilində, özünü tanıyaraq və qarşı tərəfi zamanla müşahidə edərək güvən qurmağı bacarmaqdır", - deyə o yekunlaşdırdı.

Xədicə BAXIŞLI 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Dekabr 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri