Icma.az
close
up
RU
Guya oğullarını öldürüb qurban kəsmişik Qonşularını öldürən ər arvadın İŞİ

Guya oğullarını öldürüb qurban kəsmişik Qonşularını öldürən ər arvadın İŞİ

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, onun həyat yoldaşı Gülnar Müzəffərova və Qasım Xankişiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid  N.T təqsirləndirilənlərin onun yaxın qohumu olduğunu bildirib:

"Hadisədən bir gün qabaq qurban kəsilmişdi. Ailəlikcə toplaşıb qurban ətini bişirib yedik. Sonra həyat yoldaşım E-ə zəng elədim ki, gəl, bizi apar. Səhər evimə qayıdanda baldızım X.P zəng elədi ki, tez özünü bizə çatdır. Gəldik ki, Gülnar qapı ağzında ağlayırdı, gözü göyərmişdi. Nə baş verdiyini soruşdum, cavab vermədi. Öz-özünə danışırdı ki, Elşən adam öldürdü, getdi izahat verməyə. Çox keçmədən hay-küy düşdü, polis gəldi.

Şahid X.P bildirib ki, Gülnar Müzəffərova və Qasım Xankişiyevin anasıdır:

"Mən bilsəydim, özümü qabağa verərdim, iş bu həddə gəlib çatmazdı. Deyirlər ki, guya oğullarını öldürüb qurban kəsmişik -  yalandır. İnsan allahla, vicdanla danışar. Mənim illər sonra nəvəm dünyaya gəlmişdi, ona görə qurban kəsmişdik. Həmin gün polis evə gələndə Gülnar polisə dedi ki, qonşum Səxavət  namusuma toxunduğuna görə Elşənlə birlikdə onu öldürmüşəm. Polis də Gülnara baxıb dedi ki, sən heç adam öldürənə oxşamırsan".

Növbəti proses 11 sentyabr saat 11:30-a təyin olunub.

Xatırladaq ki, hadisə Bakının Qaradağ rayonunun Sənqəçal qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətdə basdırılıb.

Qətli törətməkdə şübhəli bilinən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər Qasım Xankişiyev də müəyyən olunaraq saxlanılıb.

Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 İyul 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see569

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see527

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see368

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see273

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see247

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see246

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see239

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see236

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see234

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see215

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see213

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see210

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see209

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see206

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see205

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see204

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see203

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see198

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri