Güzəşt ləğv edildi Yanacaq Almaniyada kəskin bahalaşdı
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniyada yanacaqın qiymətinə tətbiq edilən güzəşt ləğv edildikdən sonra benzin və dizel yenidən bahalaşıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb. Bildirilib ki, ölkə üzrə “Super E5” markalı benzinin qiyməti litr üçün 2,20 avroya çatıb ki, bu da əvvəlki göstəricidən 18 sent çoxdur. “Super E10” markalı benzinin litri 2,14 avro olub və 17 sent bahalaşıb. Dizel yanacağının qiyməti isə litr üçün 2,10 avroya yüksələrək 19 sent artıb.
Qeyd edək ki, ölkədə may və iyun aylarında benzin və dizel yanacağına tətbiq olunan vergi litr başına 17 sent azaldılmışdı. Bu güzəşt yanacaq qiymətlərinin artımının qarşısını almaq məqsədilə aprelin 24-də Almaniya Bundestaqı tərəfindən təsdiqlənmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 01 İyul 2026 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















