Güzəştli gediş haqqı kartları tətbiq ediləcək? RƏSMİ
Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, bu gündən etibarən ictimai nəqliyyatda minimum gediş haqqı 60 qəpik müəyyən olunub. Tarif dəyişikliyi birmənalı qarşılanmayıb. Bir çox vətəndaş tələbələr, məktəblilər və təqaüdçülər üçün güzəştli kartların tətbiqini təklif edir. Bəs yaxın zamanda belə güzəştli gediş haqqı kartlarının tətbiqi planlaşdırılır?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, güzəştli gediş haqlarının tətbiqi üçün ictimai nəqliyyatda nağdsız ödənişlərə keçid tam təmin edilməlidir. Sözügedən güzəştlərin tətbiqi məsələsinə yalnız nağdsız ödənişlərə tam keçid təmin olunduqdan sonra baxıla bilər.
Həmçinin qurumun açıqlamasında qeyd edilib ki, tarif dəyişikliyi sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidi sürətləndirir.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 01 Oktyabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















