Icma.az
close
up
RU
Güzəştli ipotekada yeni fürsət

Güzəştli ipotekada yeni fürsət

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İpoteka və Kredit Zəmanət Fondunun kredit portfelinin artırılması vətəndaşların və biznesin maliyyə təminatını artıracaq

Məlum olduğu kimi, dövlət başçısının imzaladığı müvafiq fərmana əsasən, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Nizamnamə kapitalının artırılması güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsini təmin edən maliyyə portfelinin təxminən 8-9 faiz böyüməsinə səbəb olmaqla, Fondun imkanlarını daha da genişləndirir. Fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur və güzəştli şərtlərlə kreditlərin əldə edilməsi və əlçatanlıq artır, nəticədə daha çox vətəndaş güzəştli ipoteka kreditindən faydalana bilir.

3,5 milyard manatdan çox kreditləşmə

Son illərdə İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması siyasəti yürüdülür və dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlər sosial ipoteka kreditlərinin əhatəliliyinin daha da artırılmasına xidmət edir. Xüsusən də güzəştli şərtlərlə kredit əldə edənlər üçün imkanlar artır ki, bu maliyyə təchizatı iqtisadi və sosial təyinatlı kreditlərinin portfelini genişləndirir. İpoteka kreditləri sosial məzmun daşımaqla vətəndaşların mənzil kreditləri əldə etməsini motivasiya edir və hər il bu sosial zəncirə qoşulanların sayı da çoxalır. Qeyd edək ki, indiyədək fond tərəfindən 54 min 918 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 560 milyon manatdan çoxdur. Kreditlərin təxminən 1 milyard manatı dövlət dəstəyinə ehtiyacı olan xüsusi kateqoriyaya aid şəxslərə verilmiş güzəştli ipoteka kreditləri təşkil edir. Həmin kateqoriya qrupunda son illərdə hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditinin maliyyələşdirilməsi dinamikası daha çox artır və onlara maliyyə dəstəyi göstərən müvəkkil bankların sayı da çoxalır. Ümumilikdə, ipoteka kreditlərindən faydalananların 68 faizi gənclər və gənc ailələrdir.

Kiçik və orta biznes üçün zəmanət subsidiyaları

İpoteka kreditlərinin digər mühüm prioriteti biznesin maliyyə təminatını yaxşılaşdırmaqdır. Belə ki, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafına nail olmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemini formalaşdırılmaq və biznesin kredit resurslarına çıxışını genişləndirmək məqsədilə 2018-ci ildən etibarən yeni maliyyə zəmanəti mexanizmi yaradılıb. Həmin mexanizm çərçivəsində sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsində zəmanət hüquqları İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) həvalə edilib. Fond sahibkarlıq subyektlərinə dövlət tərəfindən zəmanət və subsidiyaların verilməsində tənzimləyici  rol oynayaraq kreditlər üzrə hesablanmış faizlərin bir hissəsini  subsidiyalaşdırır. Biznes üçün yeni maliyyə dəstəyi aləti hesab edilən bu mexanizmin tətbiqi sayəsində sahibkarlıq subyektlərinin daha inamlı və etibarlı şəkildə maliyyələşdirməsi  təmin edilib.
2024-cü il oktyabrın 1-nə olan məlumata görə, indiyədək müvəkkil banklar tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti ilə sahibkarlara güzəştli şərtlərlə 500 milyon manatdan artıq kredit verilib ki, bunun da 65 milyon 155 min manatı yanvar-sentyabr aylarını əhatə edir. Bu mexanizm çərçivəsində bugünədək zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, İKZF tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki faiz dərəcəsi 6 faiz, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib.

Fondun biznesə dəstəyi sayəsində 6500 yeni iş yeri yaradılacaq

Zəmanətli kreditlərin yönəldildiyi əsas sahə sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesidir. Digər əsas sahələr isə tikinti, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələr, maşın və avadanlıq istehsalı, ticarət və xidmət sektorlarıdır. Biznesə kredit zəmanətinin verilməsi sahibkarlığın maliyyələşdirilməsinə, ölkə iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin açılmasına, sahibkarlıq sahələrinin genişlənməsinə və dövlət büdcəsinə vergi daxilolmalarının artmasına səbəb olur. Zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələrdə 6500 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Hazırda Fond 17 müvəkkil təşkilatı vasitəsilə sahibkarların manatla aldıqları kreditlər üzrə zəmanətlərin və kredit öhdəlikləri üzrə subsidiyaların verilməsini həyata keçirir.

Kredit çeşidlərinin artırılması

Ümumilikdə, biznesin maliyyə əlçatanlığının təmin edilməsi məqsədilə dövlətin güzəşt siyasətinin əsas məqsədi qeyri-neft sənaye sahələrinin inkişafı, kənd təsərrüfatı sahəsinin inkişafı üzrə istehsal yönümlü və logistik xidmət layihələrinin dəstəklənməsi, anbar komplekslərinin qurulması, turizmin inkişafında dövlətin dəstəkləyici rolunun artırılması, balıqçılıq və akvakultura təsərrüfatlarının yaradılması, “yaşıl”, rəqəmsal inkişaf və innovasiya yönümlü sahələrə maliyyə qayğısının göstərilməsindən ibarətdir.
Ölkədə formalaşmış kredit zəmanət mexanizminin təhlili göstərir ki, mexanizm kiçik və orta biznes sahəsində maliyyələşdirilməni asanlaşdırır, bank və digər kredit resurslarından fəal istifadə etməyə imkan yaradır və kredit risklərinin azaldılmasına səbəb olur.
Bu baxımdan Fondla sahibkarlar arasında maliyyə vasitəçiliyinin daha da yaxşılaşdırılması üçün yeni inkişaf konsepsiyası hazırlanıb. Qarşıdakı strateji dövr ərzində kredit mexanizminin həm kəmiyyət, həm də keyfiyyət baxımından yaxşılaşdırılması, resurs əhatəliliyinin və təqdim edilən kredit çeşidlərinin artırılması hədəf kimi müəyyən edilib.
Beləliklə, Kredit Zəmanət Fondunun kredit portfelinin artırılması həm ipoteka kreditləri almaq istəyən vətəndaşlar üçün əlavə maliyyə resuslarının formalaşmasına, eyni zamanda, kiçik və orta biznesin dayanıqlı maliyyə ehtiyaclarının təmin edilməsinə səbəb olacaq.


E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 İyul 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see503

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see302

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see290

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see285

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see263

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see262

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see259

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see256

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see254

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see253

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see241

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see232

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see229

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see226

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see226

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see221

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see220

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see220

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see219

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri