Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

“Güzəştli mənzil”: Yeni sistemin yaradılması nə vəd edir?

“Güzəştli mənzil”: Yeni sistemin yaradılması nə vəd edir?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçimi prosesində bir sıra mühüm dəyişikliklər edib.

Yeni qaydalar vətəndaşların satış zamanı mənzili daha sürətli və dəqiq seçməsinə, texniki vaxt itkisinin və yanlış seçimlərin qarşısının alınmasına hesablanıb.

Agentlik bildirib ki, yeniliklər vətəndaşların məmnunluğunun artırılması və güzəştli mənzil sistemindən istifadənin daha əlçatan olması məqsədi daşıyır.

Yeni dəyişikliklərin əsas məqsədi satış zamanı saniyələrin belə əhəmiyyət daşıdığı seçim prosesini sadələşdirmək, vətəndaşların texniki səhvlər səbəbindən mənzil seçmək imkanını itirməsinin qarşısını almaq və sistemi daha təhlükəsiz etməkdir.

Qeyd edək ki, son illər ölkədə “Güzəştli mənzil” sistemi tətbiq edilir. Yeni dəyişikliklər həqiqətən də mənzil seçimində müsbət rol oynayacaqmı, yoxsa əksinə yeni müneələrmi yaradacaq?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, yeni qaydaların tətbiq olunmasından sonra buna qiymət vermək mümkün olacaq:

“Qaydalar bir neçə dəfə dəyişdirilib. Onlayn, növbəli sistemdə olub. Ancaq keyfiyyətli olmayıb. Görək yeni tətbiqində hansı nəticələr, problemlər yaranacaq. Heç bir problem olmasa, daha yaxşıdır.

Düşünürəm ki, burada da ciddi boşluqlar yarana bilər. Çünki mənzillərin sayı azdır, tələbat isə çoxdur. İstənilən halda narazı qalanlar hər zaman olacaq.

Ona görə də daha adil bir sistemin, inanılan şəxslərin onlara nəzarət etmək imkanının olması, məsələn, xaricdə bu kimi layihələrdə ictimai nüfuz sahibləri cəlb olunur ki, onların sözünə hamı inanır. Bu qaydalar işə düşsün, hansı effekt verəcəyini bir müddət sonra hamımız görəcəyik”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə bildirib ki, əslində dəyişikliklər müsbət addım kimi qeyd oluna bilər:

“Eyni zamanda bu dəyişikliklər mövcud stiuasiyada baş verən narazılıqların qarşısını almaq üçün atılmış addımdır. Dəyişikliklərin real təsiri mövcud elektron və rəqəmsal sistemin necə işləməsindən asılıdır.

MİDA ilk növbədə qarşıya qoyduğu məqsədə çatması üçün serverləri gücləndirilməli, elektron imkanların artırılmalı, eyni zamanda sistemdəki mövcud texniki donmaların qarşısını almalıdır. Hazırda mənzil seçiminin xarakterinin, formasının və mahiyyətinin dəyişməsi olduqca vacib elementlərdir.

Yəni Azərbaycan dövləti sosial layihələrin icrasını məhz ona görə həyata keçirir ki, mənzilə ehtiyacı olan ailələr, şəxslər mənzil əldə edə bilsin. Ancaq indiki sistemdə bir seçimlə istənilən iştirakçının mənzil əldə edə bilməsi, habelə elektron, rəqəmsal bacarıqlara görə və daha sürətli davranış nümunəsi göstərənlərin mənzil sahibi olması o qədər də ədalətli hesab oluna bilməz. 

Bu baxımdan baş verən yeniliklər məhz ədalətin təmin olunması məqsədilə həyata keçirilir. Necə nəticə verəcəyini biz növbəti satış zamanı görə biləcəyik.

Fikrimcə, iki nəfərin gözləmə statusunda seçilməsi, prosesdə mənzili əldə etmiş vətəndaşların sonradan onun maliyyələşməsinin həyata keçirilməsində problemlərlə üzləşməsinin qarşısının alınması məqsədi daşıyır.

Belə ki, elə vətəndaşlar var ki, MİDA-dan mənzil əldə etsələr də sonradan onun maliyyələşməsində çətinliklər çəkirlər. Bu da sonda həmin mənzillər boş qalması ilə nəticələnir.

Belə halların aradan qaldırılması üçün birinci və ikinci gözləyənin olması bu prosesdə müəyyən problemin aradan qaldırılmasına hesablanıb. Bu sosial xarakterli mənzillərin məhz məqsədə müvafiq şəkildə vətəndaşlara satılmasının təmin olunması sistemində köklü şəkildə dəyişikliklərə ehtiyac var. 

Yəni növbəlilik sisteminin qurulması, bundan əlavə ictimai təşkilatların, dövlət qurumlarının iştirakı ilə monitorinqin, nəzarətin keçirilməsi bu prosesin həm ədalətli, həm də Azərbaycan dövlətinin məqsədinə uyğun şəkildə həyata keçməsini təmin edə bilər. 

Hazırda rəqəmsal inkişaf və elektronlaşma dövrü olduğuna görə bu təklif bir addım geriyə atılmış görünə bilər. Əslində, bu prosesin obyektivliyi və eyni zamanda mənzilə sahib olmaq, yəni mənzilə ehtiyacı olanların içərisindən seçilməsinin ən böyük qarantı ola bilər”.

Onun sözlərinə görə, növbəlilik prinsipi ilə öz növbəsindən imtina edən və yaxud da bu prosesdə mənzilin maliyyələşməsini həyata keçirə bilməyən şəxslərin də banklar tərəfindən müəyyən edilməsi məqsədəmüvafiqdir: 

“Çünki bu kreditin nəticədə banklar tərəfindən ayrılması, eyni zamanda müştərinin, mənzil sahibinin mütəmadi olaraq ödənişetmə qabiliyyətinin olması vacib elementlərdən biridir.

Burada risklər də var. Sistemə giriş sürətinin riski və eyni zamanda prosesin aparılması üçün texniki sabitliyin olmasıdır. Hazırda serverlərin, eləcə də rəqəmsal tətbiqlərin yeni qaydaları nə qədər qoruya biləcəyi və 2-ci gözləmə mövqeyində olan vətəndaşın   seçilməsinin hansı əsasda nəzarətin mümkünlüyü müzakirə olunacaq məsələlərdir.

Yalnız satışdan sonra maliyyələşmə həyata keçirilə bilmədiyi halda mənzillərin boş qalmasının aradan qaldırılması məsələsi deyil, eyni zamanda mənzilin elektron və rəqəmsal bacarıqlara malik vətəndaşlara deyil, ehtiyacı olan vətəndaşlara satılmasının yolları axtarılmalıdır.

Biz indiyədək bu yollarla bağlı növbəlilik əsasında olması ehtimalını irəli sürmüşük və bu da siyahının tutulması, növbəliliyin kreteriyalar üzrə müəyyənləşməsi, daha çox ehtiyacı olanların ilk sırada, orta ehiyacı olanların sonra, az ehtiyacı olanların isə son sırada cəmləşərək növbəli şəkildə mənzillərin satılmasını demişik. Biz bu fikrimizdə də qalırıq”.

O xatırladıb ki, əvvəllər bir çox hakerlərin bu prosesə cəlb olunması, rəqəmsal imkanların yüksək olduğu vətəndaşların tez bir zamanda mənzilə sahib olmaq imkanının mövcudluğu çox ciddi müzakirələrə və etirazlara səbəb olmuşdu:

“Bütün bunları nəzərə alıb bu gün həmin amillərin aradan qalxması istiqamətində addımların atılması daha məqəsədmüvafiq olar.Bunun üçün də texniki imkanların gücləndirilməsi, server imkanlarının genişləndirilməsi, prosesin gedişatına nəzarətin tətbiq olunması və digər əlavə təhlükəsizlik tədbirləri prosesin effetktivliyini daha da artıra bilər.

Prosesin mahiyyəti “kim daha tez davrandı, tez kliklədi” sistemindən, “kimin daha çox ehtiyacı var və mövcud maliyyəsi ilə iştirak etmək imkanına malikdir”sə amili daha məqədəuyğundur.

Əks təqdirdə bu, yenə də elektron müraciətlər zamanı etiraz və müzakirə mövzusu olmaqda davam edəcək.  

Nigar Abdullayeva       
“Cebheinfo.az”

Açar sözlər: “Güzəştli mənzil” Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Avqust 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see337

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see300

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see278

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see274

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see272

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see255

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see253

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see251

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see250

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see249

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see245

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see237

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see233

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see231

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see231

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see222

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see214

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see200

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see194

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri