Haaland hansı şəraitdə “Mançester Siti”dən ayrıla biləcəyini AÇIQLADI
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Mançester Siti"nin hücumçusu Erlinq Haaland yay transfer dövründə başqa komandaya keçə bilər.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, norveçli futbolçu bunu İngiltərə komandasının rəhbərliyi ilə müzakirə edib. Söhbət zamanı o, klubdan gedə biləcəyini deyib.
Qeyd olunur ki, klub gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Haaland "Mançester Siti"ni tərk etmək qərarına gələ bilər.
Bundan əlavə, “Real” bu vəziyyəti izləyir və Kilian Mbappe ilə duet üçün Haalandı almağa hazırdır.
Məlum olduğu kimi, bu mövsüm futbolçu "Mançester Siti"nin heyətində bütün turnirlərdə 40 oyun keçirib. O, 30 qol vurub, 4 məhsuldar ötürmə edib.

Haaland “Mançester Siti”dən ayrıla bilər səbəb
18 Mart 2025 20:11
Haaland yaxında Mançester Siti dən ayrıla bilər
08 Aprel 2025 10:25
Haaland bir şərtlə “Mançester Siti”dən ayrıla biləcək
07 Fevral 2025 17:20
Bu halda Haaland “Mançester Siti”dən gedəcək
18 Aprel 2025 17:09
“Mançester Siti”nin Haaland planı
11 Dekabr 2024 11:40

