Icma.az
close
up
RU
Haaqa Məhkəməsi tarixində ilk dəfə iqlim məsələləri ilə bağlı dinləmələr keçirəcək Yeni Çağ Media

Haaqa Məhkəməsi tarixində ilk dəfə iqlim məsələləri ilə bağlı dinləmələr keçirəcək Yeni Çağ Media

Icma.az bildirir, Yenicag portalına istinadən.

BMT-nin Haaqa Məhkəməsi yarandığı gündən bəri ilk dəfə bu gün iqlim dəyişikliyi ilə bağlı dinləmələrə başlayacaq.

Yenicag.az xəbər verir ki, BMT-nin ali məhkəmə orqanı ilk dəfə dövlətlərin ekoloji problemlərə görə məsuliyyəti və planetin qorunması ilə bağlı öhdəliklərinə dair məsələlərə baxacaq.

İclas Vanuatu və həssas ada dövlətləri olan Fici, Papua-Yeni Qvineya və Solomon adaları, eləcə də İndoneziya və Timor-Lesteni təmsil edən Melaneziya Təşəbbüs Qrupunun bəyanatı ilə açılacaq.

Dinləmələrin keçirilməsində məqsəd ətraf mühitin istixana qazı tullantılarından mühafizəsi üçün “hüquqi plan”ın yaradılması və bu öhdəlikləri yerinə yetirməyən ölkələr üçün nəticələrin müəyyən edilməsidir. Dinləmələrdə 98 ölkə, 12 təşkilat və qrupun nümayəndələri iştirak edəcəklər ki, bu da məhkəmə tarixində bu cür ən böyük toplantıdır. Onların arasında istixana qazı tullantılarının ən böyük mənbəyi olan üç ölkə – Çin, ABŞ və Hindistan da var.

İki həftəlik dinləmələrin sonunda təşkilatların, o cümlədən Avropa İttifaqı və Neft İxrac edən Ölkələr Təşkilatının bəyanatla çıxış edəcəyi gözlənilir.

Dinləmələr Azərbaycanda baş tutmuş BMT-nin COP29 iqlim konfransından sonra keçirilir. Həmin konfransda inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrdə iqlim tədbirlərinin maliyyələşdirilməsi üçün 2035-ci ilə qədər illik 300 milyard dollar ayırmağı öhdələrinə götürüb.

Bu dinləmələrin nəticələri iqlimlə bağlı gələcək məhkəmə prosesləri və beynəlxalq siyasət üçün mühüm hüquqi əsas yarada bilər ki, bu da potensial olaraq qarşıdakı illər üçün iqlim böhranına qlobal cavabı müəyyən edə bilər.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 02 Dekabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri