Haaretz: İsrail atəşkəs planının bəzi şərtlərini qəbul etmir
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
İsrail mediası ölkənin Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi üçün hazırlanan yol xəritəsinin üç bəndinə etiraz etdiyini iddia edib.
Turkustan.az xəbər verir ki, "Haaretz" qəzetinin məsələ ilə tanış olan iki mənbəyə istinadən yaydığı məlumata görə, Sülh Komitəsinin cümə günü açıqladığı 15 bəndlik yol xəritəsində yer alan üç maddə İsrail tərəfindən qəbuledilməz hesab olunur.
Məlumata əsasən, İsrail etirazlarını Böyük Britaniyanın keçmiş baş naziri və Qəzza Sülh Komitəsinin İcraiyyə Komitəsinin üzvü Toni Bleyrə çatdırıb.
Xəbərdə bildirilir ki, Təl-Əviv administrasiyası İsrail ordusunun hərbi əməliyyatları tamamilə dayandırmasını nəzərdə tutan müddəaya qarşı çıxır. Bundan əlavə, İsrail Qəzza zolağında yerləşdirilməsi planlaşdırılan Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin fəaliyyət göstərəcəyi ərazilərdə zərurət yaranacağı təqdirdə hərbi əməliyyat keçirmək hüququnun saxlanılmasını istəyir.
Mənbələrin iddiasına görə, İsrail HƏMAS-ın silahlarını təhvil verməsi əvəzinə, həmin silahların tamamilə məhv edilməsində israr edir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 03 Avqust 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















