Haber Global: İnsanlığın qanayan yarası Xocalı soyqırımı
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
"Xocalı soyqırımından 34 il keçməsinə baxmayaraq, faciənin ağrısı hələ də ilk gün kimi təzədir. Ankaranın Kızılcahamam rayonunda faciə qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri keçirilib".
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalında faciə ilə bağlı hazırlanan reportajda məlumat verilib.
"26 fevral 1992-ci ildə bəşəriyyət tarixinin ən qaranlıq səhifələrindən biri Azərbaycanın Qarabağ bölgəsindəki Xocalı şəhərində yazılıb. Ermənistan qüvvələrinin həyata keçirdiyi hücumda qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla mülki şəxslər amansızcasına hədəfə alınıb. Rəsmi məlumatlara görə, 613 nəfər həyatını itirib. Ölənlərin 106-sı qadın, 63-ü uşaq, 70-i isə yaşlı olub. 150 nəfər itkin düşüb, ailələri illərdir onları ölü və ya diri tapa bilməyiblər.
Bütün dünyanın şahidi olduğu bu vəhşilik tarixə silinməz bir ləkə kimi həkk olunub", - deyə telekanalın materialında bildirilib.
Verilişdə Xocalı soyqırımı "insanlığın qanayan yarası" adlandırılıb.
Anım tədbirində edilən çıxışlardan sonra iştirakçılar abidənin önünə qərənfillər düzüblər. Mərasimdə iştirak edənlər qurbanların xatirəsini əbədiləşdirmək üçün Xocalı Memorial Muzeyini də ziyarət ediblər.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Türkiyə mediası Xocalı soyqırımından danışdı: İnsanlığın qanayan yarası VİDEO
26 Fevral 2026 10:54
Haber Global Xocalı soyqırımı ilə bağlı süjet hazırlayıb
26 Fevral 2026 12:22
“Haber Global”ın Xocalı reportajı
27 Fevral 2025 09:58
“Haber Global”: Xocalı soyqırımı türk dünyasının qəlbindəki ən böyük yaralardan biridir
05 Mart 2025 15:43
Haber Global Kahramanmaraşda Xocalı abidəsinə dair süjet hazırlayıb
05 Mart 2025 14:45
Baxış sayı:167
Bu xəbər 26 Fevral 2026 10:41 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları