Icma.az
close
up
RU
‘Haberturk’ və ‘Show TV’ ya qarşı əməliyyat

‘Haberturk’ və ‘Show TV’ ya qarşı əməliyyat

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Türkiyədə “Habertürk” və “Show TV” daxil 121 şirkətə həbs qoyuldu.

Türkiyədə “Can Holding”ə qarşı cinayətkar təşkilat yaratmaq, qaçaqmalçılıq, dələduzluq və pul yumaq ittihamları ilə əməliyyat başladılıb.

Gununsesi.info -nun xəbərinə görə, holdinqə bağlı 121 şirkətin əmlak və aktivlərinə həbs qoyulub.
İdarəçilərdən Mehmet Şakir Can, Kemal Can və Kenan Tekdağ daxil olmaqla ittihamlar üzrə 10 şübhəli şəxs barədə saxlama qərarı verilib.

Əmlak və aktivlərinə həbs qoyulan şirkətlər arasında “Show TV”, “Habertürk”, İstanbul Bilgi Universiteti, “Ciner Media“, Doğa Məktəbləri İdarəçiliyi, “Turkish Tobacco” Tütün Məhsulları Satışı Anonim Şirkəti də var. Bu şirkətlərə qəyyum təyin edilib.

İstintaqı Küçükçəkməcə Cümhuriyyət Baş Prokurorluğu aparır. “Can Holding”ə bağlı şirkətlər vasitəsilə cinayət törətmək məqsədilə təşkilat qurulduğu, onun vasitəsilə ixtisaslaşmış dələduzluq, vergi qaçaqmalçılığı və mənbəyi bəlli olmayan gəlirlərin şirkət hesablarına daxil edilməsi və s. çoxşaxəli fəaliyyətlərin aparıldığı iddia olunur.

Maliyyə Cinayətləri Araşdırma Komitəsinin (MASAK) apardığı yoxlamalar əsasında başlanan istintaqda isə “Can Holding“ə bağlı şirkətlər vasitəsilə mənbəyi bəlli olmayan böyük məbləğdə pul daxilolmalarının edildiyi, bu pulların müxtəlif şirkətlər arasında ötürülərək izlərinin gizlədilməyə çalışıldığı vurğulanır. İttihama görə, holdinq altında yaradılan məqsədyönlü cinayət təşkilatı Kemal Can, Mehmet Şakir Can və Kenan Tekdağın rəhbərliyi ilə fəaliyyət göstərib.

Adları çəkilən şəxslərin ittihamlara münasibəti açıqlanmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Sentyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri