Icma.az
close
up
RU
Habil Alıyev: Əmək yarmarkasında 60 dan çox müəssisə 600 ə yaxın vakansiya təqdim edib

Habil Alıyev: Əmək yarmarkasında 60 dan çox müəssisə 600 ə yaxın vakansiya təqdim edib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

Bu gün Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialı növbəti əmək yarmarkasını təşkil etdi. Yarmarkada əsas məqsəd işsiz və işaxtaran şəxslərlə işəgötürənlərin təmasını yaratmaq, işsiz və işaxtaran şəxslərin işlərə əlçatanlığını təmin etmək, həm də işəgötürənlərin tələbinə uyğun kadrları onlara təqdim etməkdən ibarət oldu. Yarmarkada 60-dan çox müəssisə iştirak etdi, 600-ə yaxın vakansiya təqdim olundu. Maaş isə 400-1600 manat arasında dəyişirdi.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Regional Məşğulluq Filialının müdiri Habil Alıyev deyib.

Vətəndaşların yarmarkaya marağının yüksək olduğunu bildirən H. Alıyev fikirlərinə belə davam edib: "Müəssisələr yetərincə CV-ləri cəlb etmişdilər. Daha sonrakı mərhələdə CV-lərini təqdim edənlərlə görüş təşkil olunacaq. İki ay ərzində prosesi izləyirik. Əgər işaxtaranlar işlə təmin olunmasalar, işəgötürmələr reallaşmasa, növbəti addımları atır və dəstəyimizi davam etdiririk. Bu gün yarmarkada iştirak edən vətəndaşların peşə və bacarığı tələblərə uyğun deyilsə, Dövlət Məşğulluq Agentliyinin 175 adda peşə kursları var, həmin vətəndaşları kursa cəlb edir və 1-6 ay ərzində onları peşə sahələri üzrə yetişdiririk. Həmin müddət ərzində onlara minimum əməkhaqqının yarısı qədər təqaüd ödəyirik. İmtahan nəticəsində onları sertifikatlarla təmin edirik. Burada məqsədimiz Azərbaycanda əmək bazarının tələblərinə uyğun peşə və bacarıqları təmin etməkdir. Yarmarkada iştirak edən vətəndaşlar öz bizneslərini qurmaq istəyirlərsə, əməkdaşlarımız onların qeydiyyatını aparır, gələcəkdə növbəliliyə yazaraq onları biznes aktivləri ilə təmin edirik. Həmin şəxslər öz şəxsi bizneslərini qururlar. İlin sonuna qədər yarmarkalar davam edəcək. Biz yarmarkaların effektivliyini hiss edirik. Bu, işədüzəltmədə bizə çox böyük dəstək olur. Buna görə də əmək yarmarkalarının Dövlət Məşğulluq Agentliyi üçün önəmi böyükdür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri