Hacı Əliyev: Azərbaycan beynəlxalq yarışlara digər ölkələrdən daha yaxşı ev sahibliyi edir
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Gəncə, 3 oktyabr, AZƏRTAC
Ölkəmizdə bu cür oyunların keçirilməsi idmanın inkişafına böyük təkan verir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə koordinatoru Hacı Əliyev ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunları ilə bağlı danışarkən deyib.
O, təşkilatçılığın ideal səviyyədə olduğunu bildirib: "Biz bunu açılış mərasimində də gördük. Mənə görə, Azərbaycan beynəlxalq yarışlara digər ölkələrdən daha yaxşı ev sahibliyi edir. Burada iştirak edən ölkələrin nümayəndələri də bunu təsdiqləyirlər”.
Bu yaxınlarda karyerasını başa vuran titullu idmançı Azərbaycan güləşçilərinin MDB Oyunlarındakı şanslarını da dəyərləndirib: “Bu gün sərbəst və qadın güləşi üzrə yarışlar start götürüb. Təmsilçilərimiz arasında Avropa və dünya mükafatçıları var. Hər birinə inanırıq və uğurlu nəticələr gözləyirik".
H. Əliyev qarşıdakı U-23 dünya çempionatına ciddi hazırlaşdıqlarıni söyləyib: "Hazırda milli komanda Rusiyda toplanış keçir. Federasiya olaraq, yeniliklər etməyə çalışırıq. Bildiyiniz kimi, quruma yeni baş katib təyin olundu. Məqsədimiz Azərbaycan güləşinə yeni adlar qazandırmaqdır".
Qeyd edək ki, Hacı Əliyev ikiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionudur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 03 Oktyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















