Icma.az
close
up
RU
Hacı Əliyev: Rafael Ağayevi küsdürmək, incitmək olmaz

Hacı Əliyev: Rafael Ağayevi küsdürmək, incitmək olmaz

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


"Belə idmançıları küsdürmək, incitmək olmaz".
Reyting.az
xəbər verir ki, bunu Teleqraf-a müsahibəsində veteran sərbəst güləşçi Hacı Əliyev Rafael Ağayevin Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti vəzifəsindən istefasına münasibət bildirərkən deyib.
O, titullu idmançı ilə şəxsi və ailəvi dostluğunun olduğunu, lakin işlə bağlı qərarlara qarışmadığını vurğulayıb: "Əlbəttə, istəmərəm ki, onun kimi idmançı belə vəziyyətlə üzləşsin, problem yaşasın, ərizə yazaraq, tutduğu vəzifədən istefa versin, ümumiyyətlə, bu cür hadisə yaşansın. Dostum olsa da, bəzi qərarlarına qarışa bilmərəm, buna ixtiyarım da yoxdur".
3 qat dünya və 4 qat Avropa çempionunun fikrincə, Rafael Ağayev kimi idmançılardan düzgün yararlanmaq lazımdır: "Bu gün hər kəs deyir ki, niyə belə oldu? Mənə elə gəlir ki, hansısa zamanda bu məsələ həllini tapacaq. Rafael karateçi, Hacı güləşçi karyerasını bitiribsə, o demək deyil ki, idmanla tam vidalaşmışıq. Gənc karateçilərin Rafaelə, gənc cüdoçuların Elnura, gənc güləşçilərin Hacıya, Toğrula, Fəridə ehtiyacları var. Sözsüz ki, gənc idmançının yanında olimpiya çempionunun olması ona böyük motivasiya verə bilər. Bu, Rafaelin şəxsi qərarıdır, federasiyada müəyyən problemləri var. İnanıram ki, bunlar da həllini tapacaq. İstəməzdim ki, Rafael və onun kimi digər idmançılar belə xırda problemlərlə üzləşsinlər. Özümdən götürüm, güləşçi karyeramı bitirsəm də, bir çox əcnəbi ölkədən mənə təkliflər var. Məsələn, ABŞ-a seminarlara dəvət ediblər, hətta pul da təklif ediblər. Rafael də fərqli-fərqli ölkələrdə seminarlar keçdiyini paylaşır. Deməli, bu adama ehtiyac var. Ölkəmizdə də bütün idmançılara diqqət və qayğı göstərilir. Nəticə göstərmiş idmançıların demək olar ki, hər biri dövlət işi ilə təmin olunub. Eləcə də, Rafael Ağayev hazırda Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. Bəzi problemlər də gec-tez aradan qalxacaq".
Qeyd edək ki, Rafael Ağayev karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Bakı-2015 I Avropa Oyunlarının qalibi, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısıdır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://reyting.az
archiveBu xəbər 10 Fevral 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri