Icma.az
close
up
RU
Hacı Əliyevin güləş və futbolda legioner müqayisəsi Eksklüziv

Hacı Əliyevin güləş və futbolda legioner müqayisəsi Eksklüziv

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

“Bu gün İspaniya kimi futbol ölkəsində braziliyalı futbolçular oynayır. Ağıllı futbolçu legionerdən nəsə öyrənə biləcəyini düşünsə belə, bu da hardasa uğurdur”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında veteran güləşçi Hacı Əliyev növbəti mövsüm futbol üzrə Azərbaycan Premyer Liqasında legioner limitinin aradan qaldırılması qərarına münasibət bildirərkən deyib.

Üçqat dünya və dördqat Avropa çempionu legioner limitinin ləğvinin müsbət təsirini qeyd edib: “Bütün ölkələrin çempionatlarında əcnəbi futbolçular var. Yəni, Almaniya, İspaniya çempionatında belə mənzərədir. Xarici oyunçuların gəlişi azərbaycanlılar üçün bir az üstünlükdür. Onlar bir şey bilirsə, əcnəbilər böyük məktəblərdən gəlirlər. Amma legionerləri gətirib yerliləri aradan çıxartmaq da düzgün qərar deyil. Biz daha çox öz idmançılarımıza üstünlük verməliyik”.

Paris-2024 Yay Olimpiya Oyunlarından sonra karyerasını başa vurmuş 34 yaşlı pəhləvan legionerlərin Azərbaycana gəlişindən sonra yaranan dəyişiklikləri öz sahəsi ilə müqayisə edib: “Güləşdə belə hallar əvəllər daha çox baş verirdi və xeyli legioner gəlirdi. Düşünürdük ki, legionerlər çox gəlsin, nəticələrimiz də bol olsun. O da bir yerə qədərdir. Onlar getdikdən sonra yenə də özümüzünkülərə ehtiyac olacaq. Ona görə legionerlər gəldikdə, yerli idmançılarımıza da dəstək olmalıdırlar. Rəhmətlik Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının prezidenti olduğu vaxt legionerlərlə bərabər yerlilər də mübarizə aparırdı. Düşünürdük ki, onlar legionerdirlər və niyə gəlib burada güləşirlər? Bizdə daha çox aqressiya yaranmışdı və onları keçməyə çalışırdıq. Həmin dönəmlər mənimlə yanaşı, Toğrul Əsgərov, Cəbrayıl Həsənov çıxdı. Başa-baş mübarizə apara-apara legionerlərdən də üstün nəticələr əldə etdik, daha çox qələbələr qazanırdıq".

Əliyevin fikrincə, legioner güləşçilərin aşağı çəkilərə gəlmələri yerli pəhləvanlar üçün yaxşı hal deyil: "İstəmərəm ki, aşağı çəkilərə legionerlər gəlsinlər. Yuxarı çəkidə güləşçilərimizin sayı az olub. Bu gün də o çəkidə idmançılarımız zəif yetişir, amma aşağı çəkilərdə yaxşı güləşçilərimiz olub. Namiq Abdullayevdən bu yana aşağı və orta çəkilərdə hər zaman yaxşı nəticələrimiz olub. Legionerlərin yuxarı çəkilərə gəlmələri bizə faydalı ola bilər. Hazırda rusiyalı güləşçilərə müəyyən məhdudiyyət qoyulub. Legioner idmançıların olması bəzi hallarda yaxşıdır, bəzi hallarada isə pis”.

Qeyd edək ki, AFFA İcraiyyə komitəsinin qərarı ilə 2025/2026 mövsümündən etibarən futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edəcək komandalar eyni anda meydana 11 əcnəbi futbolçu buraxa bilər. Hazırki qaydaya görə isə start heyətində 7 legionerlə bərabər 4 yerli oyunçu mütləq olmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 06 Fevral 2025 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri