Icma.az
close
up
RU
“Haçı falçılıq edir”: Sülh planları dəyişir, irəliləyiş isə yoxdur

“Haçı falçılıq edir”: Sülh planları dəyişir, irəliləyiş isə yoxdur

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukraynada müharibəyə son qoymaq üçün ciddi proseslər gedir.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya ilə  Ukrayna arasında 2022-ci ildən başlanan münaqişəyə son qoymaq üçün danışıqlar son günlər sürətlənib. Onlar ABŞ-nin planı layihəsi üzərində cəmlənib, onun ilkin variantı Moskva üçün çox əlverişli hesab edilib. Bazar günü Amerika, Ukrayna və Avropa nümayəndə heyətləri arasında Cenevrədə keçirilən danışıqlardan sonra düzəliş edilib.

ABŞ ordusunun sözçüsü Cefri Tolbert da deyib ki, Əbu-Dabidə ABŞ və Rusiya nümayəndələri arasında danışıqlar yaxşı gedir:

"Ukraynada davamlı sülhə nail olmaq üçün bazar ertəsi və çərşənbə axşamı ərzində ordu katibi Driskol və komandası Rusiya nümayəndə heyəti ilə müzakirələr aparıb. Müzakirələr yaxşı davam edir və biz bu barədə optimistik. Katib Driskol danışıqlar prosesində Ağ Evlə sinxronizə edilmiş vəziyyətdə hərəkət edir".

Politoloq Zaur Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, prosesdə irəliləyişlə bağlı deyilənlər cəfəngiyyatdır.

Onun sözlərinə görə, Rusiya və Ukrayna arasındakı sülh, yaxud atəşkəs haqqında müxtəlif layihələr gündəmə gətirilir:

"Daha doğrusu, hamı falçılıq etməklə məşğuldur. Tərəflər arasındakı danışıqlarda 28 bənddən 19-a düşən sənəddə nələrin çıxarıldığı, nələrin qaldığı barədə dəqiq məlumatlar yoxdur. İnformasiyalar sadəcə müxtəlif media orqanlarında gedən iddialardır”.

Müsahibimiz qeyd edib ki, Ukraynanın NATO-ya üzv olub-olmaması məsələsi rəsmi Kiyevin öz işidir. Bu maddənin sülh planından çıxarıldığı deyilir.

Z.Məmmədov 28 maddəlik planda Donbasın Rusiyanın nəzarətində olmayan hissələrində Ukrayna ordusunun çıxarılması ilə bağlı tələbin olduğunu, ancaq prezident Volodimir Zelenskinin Avropa İttifaqı ilə birlikdə buna qarşı çıxdığını deyib. Politoloq bildirib ki, nəticədə bu maddənin də çıxarılması ilə bağlı saytlarda məlumatlar dərc olundu:

“Söhbət ondan gedir ki, Ukrayna bu plana razılıq verəcək, ya yox? Çünki 28 maddədən ibarət olan layihədə Kiyevdən de-fakto tələb edilirdi ki, Donbasın, Krımın işğal məsələsini kənara qoysun və həmin əraziləri faktiki olaraq "Rusiya ərazisi" kimi qəbul etsin. Zelenskiyə belə biabırçı bir layihə təqdim edilib. Sadəcə təqdim edilməyib, həm də qəbul olunması üçün təzyiqlərə baş vurulub. Ancaq ABŞ-də Donald Trampa qarşı mitinqlər, etirazlar, Avropa İttifaqının birmənalı şəkildə Zelenskinin yanında yer alması bu planın dəyişməsi ilə nəticələndi”.

Zaur Məmmədov: Hazırda Zelenskiyə qarşı daxildə təzyiqlər, etirazlar var

Həmsöhbətimizə görə, dəyişən planın da Rusiya tərəfini qane etmədiyi deyilir:

“Çünki Moskva üçün əsas məqam gələcəkdə Ukraynanın NATO-ya üzv olmamasıdır. Hazırda Zelenskiyə qarşı da daxildə təzyiqlər, etirazlar var. Narazı kütlə hesab edir ki, Zelenski hakimiyyəti təhvil verməli, yeni seçkilər keçirilməlidir".

Z.Məmmədov qeyd edib ki, indi gündəmdə daha çox tam işlənməmiş sülh planının mediaya sızdırılması müzakirə olunur:

"Amma əsas məsələ həmin planın, yəni oradakı maddələrin dorğu olub-olmamasıdır. Əgər doğru deyilsə, ABŞ dərhal əlində olan həqiqi sülh sənədi variantını ortaya çıxarardı. ABŞ və Rusiyanın baş rollarını ifa etdiyi filmin birinci hissəsi Gürcüstanda yaşanmışdı. Bizə maraqlıdır ki, görəsən, bu filmin ikinci bölümü Ukraynada baş tutacaqmı? Hətta üçüncü seriyanın Cənubi Qafqazda, yaxud Mərkəzi Asiyada "çəkiləcəyi" də müzakirə mövzusudur. Baş verənlər göstərir ki, böyük şahmat taxtasında qlobal güclər arasında mübarizə gedir. Ancaq görünən odur ki, bu mübarizədə tərəflər bir-birini məhv etmək niyyətində deyillər. Burada əziyyət çəkənlər ortada olan xırda fiqurlardır. Gürcüstan və Ukrayna nümunəsi də bunu göstərir. Bu gedişlə yaxın dönəmdə hansısa razılaşmanın olacağını düşünmürəm".

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Noyabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri