Hacı olan azərbaycanlıların sayı nə qədərdir? RƏSMİ
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
2026-cı ildə Həcc ziyarəti üçün Məkkəyə gedən azərbaycanlı zəvvarların sayı 1150 nəfərdir.
Bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib.
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində bayram namazından sonra verdiyi açıqlamada isə azərbaycanlı zəvvarların artıq Mina və Ərəfat dağlarını ziyarət etdiyini, hacı adını aldıqlarını bildirib.
"Bu gün hacılar qurbanlarını kəsəcəklər", o bildirib.
Xatırladaq ki, 2026-cı il Həcc ziyarəti üçün bir nəfərlik paketin qiyməti 6100 ABŞ dolları, yəni təxminən 10 388 manat müəyyən edilib. Paketə uçuş, yerləşmə, nəqliyyat və ziyarət xidmətləri daxil olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 27 May 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















