Icma.az
close
up
RU
Hacı Seyfəlin daş karxanasında müəmmalı şəkildə ölən fəhlənin videosu yayılıb

Hacı Seyfəlin daş karxanasında müəmmalı şəkildə ölən fəhlənin videosu yayılıb

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəzər rayonunun Türkan qəsəbəsində Hacı Seyfələ məxsus daş karxanasında meyiti aşkarlanan Kamal Vahid oğlu Atakişiyevin ölümündən öncə çəkilmiş videosu yayılıb. Həmin videoda Kamal Atakişiyev karxanada yük maşınına daş yükləyir.
Musavat.com-a daxil olan məlumata görə, Kamal Atakişiyev maşına daş yüklədiyi ərazi də elə sahibkar Hacı Seyfələ məxsus daş karxanasıdır. Xatırladaq ki, Kamal Atakişiyevin meyiti yanvarın 9-da  karxanadakı torpaq qalaqlarının arasında aşkar olunub. Buna qədər 3 gün ərzində Kamal Atakişiyevin öldü-qaldısından xəbər olmayıb. Yaxınları onu ən müxtəlif ünvanlarda axtarıblar. Hadisə ilə bağlı yayılan məlumatlar ziddiyyətlidir.
Bildirilir ki, mərhumun ayaqqabılarından biri meyitinin aşkar olunduğu ərazidə tapılmayıb. Bu detal ətrafda müxtəlif şübhə və ehtimalların yayılmasına səbəb olub. Yerli sakinlər arasında Kamal Atakişiyevin meyitinin əraziyə sonradan atılması iddiaları da dolaşır. Hələlik bu iddiaları təsdiq və ya təkzib edən rəsmi açıqlama yoxdur. Mərhum Kamal Atakişiyevi tanıyanlar bildirir ki, o, Hacı Seyfələ məxsus daş karxanasında fəhlə kimi çalışıb, "KamAZ" maşınlarına daş yükləməklə məşğul olub. Onun qohumları ilə birlikdə gecə saatlarında 7–8 yük maşınına daş yüklədiyi, bundan da hər fəhləyə 40–50 manat qazanc düşdüyü deyilir. Kamal Atakişiyev gündəlik spirtli içki qəbul etsə də, işləyən, zəhməti ilə qazanan biri kimi tanınıb. Hadisə fonunda Hacı Seyfələ məxsus daş karxanası və onun fəaliyyəti ilə bağlı daha ağır iddialar da səsləndirilir.
Bildirilir ki, Hacı Seyfəl babası rəhmətə getdikdən sonra karxananın işlərini faktiki olaraq özü idarə edir. Kamal Atakişiyevin meyiti ekspertizadan keçirilməsi üçün Xəzər rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb. Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 Yanvar 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri