Icma.az
close
up
RU
Hacıbaba Əzimov VƏFAT ETDİ

Hacıbaba Əzimov VƏFAT ETDİ

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

“Bu gün Azərbaycan öz mübariz, prinsipial və böyük ziyalı oğullarından birini itirdi. Keçmiş millət vəkili, milli azadlıq hərəkatının ön sıralarında dayanan fədakar mübariz, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Aktının əsas müəlliflərindən biri, tarix elmləri doktoru, professor, Lənkəran Dövlət Universitetinin yaradıcısı və ilk rektoru Hacıbaba Əzimov saat 12:00-da dünyasını dəyişdi”.

"AzPolitika" xəbər verir Kİ, bu barədə sabiq maliyyə naziri, professor Saleh Məmmədov bildirib.

S.Məmmədov qeyd edib ki, Hacıbaba müəllimin həyatı bütövlükdə Azərbaycan ideyasına, milli düşüncəyə, azadlıq və dövlətçilik amalına xidmət nümunəsi idi.

“O, sadəcə alim və siyasətçi deyildi. O, bir dövrün vicdanı, milli yaddaşın daşıyıcısı, ağır və mürəkkəb zamanlarda qorxmadan mövqe göstərən ziyalı idi” -deyə, o bildirib.

Qeyd edək ki, Hacıbaba Sadıq oğlu Əzimov 1 avqust1938 -ci ildə Lənkəranda anadan olmuşdu. 

1960–1961-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxivlər İdarəsinin baş elmi işçisi — baş inspektoru vəzifəsində işləmişdir.1961–1963-cü illərdə Azərbaycan EA Tarix İnstitunun elmi işçisi və 1963–1966-cı illərdə aspirantı olmuşdur.1966-cı ildə tarix elmləri namizədi elmi adını almışdır.1966–1970-ci illərdə Azərbaycan EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.1970–1984-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunun (APİ) baş müəllimi, baş elmi işçisi-doktorantı (1974–1976), dosenti (1976–1981) olmuşdur.1981-ci ildə tarix elmləri doktoru, 1982-ci ildə tarix elmləri üzrə professor elmi adları almışdır.1982–1991-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Siyasi Tarix Kafedrasının professoru (1982–1984) və Siyasi Tarix Kafedrasının müdiri — professoru (1985–1991) vəzifələrində işləmişdir.1991–1992-ci illərdə Bakı Dövlət Universitetinin Lənkəran Filialının təşkilatçısı və direktoru (sentyabr 1991 — iyul 1992) olmuşdur.1992–1997-ci illərdə Lənkəran Dövlət Universitetinin qurucusu və ilk rektoru (iyul 1992 — iyul 1997) olmuşdur.1990-cı ildə Azərbaycan Respublikasının xalq deputatı seçilmişdir.1991-ci il martın 7-də Ali Sovetdə 350 deputat arasından SSRİ-nin saxlanması ilə bağlı Azərbaycanda referendum keçirilməsinin əleyhinə, Azərbaycanın müstəqilliyinə səs vermiş cəmi 43 nəfər deputatdan biri olmuş, həmin deputatlarla birlikdə cəmiyyətdə "istiqlalçı deputat" olaraq tanınmışdır.1991-ci il oktyabrın 18-də Ali Sovetin qəbul etdiyi Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını hazırlayan komissiyanın sədri, Konstitusiya Aktının əsas müəllifi və Ali Sovetin müzakirəsinə təqdimatçısı olmuşdur. Məhz bu Aktın qəbul edilməsindən sonra bütün dünya dövlətləri ilk dəfə olaraq Azərbaycan Respublikasını müstəqil dövlət, beynəlxalq hüququn subyekti kimi tanımış, Azərbaycan BMT-nin bərabər hüquqlu üzvü seçilmişdir.1991–1995-ci illərdə 51 nəfərdən ibarət seçilmiş və daimi fəaliyyət göstərən ilk Azərbaycan parlamentinin — Milli Məclisin deputatı olmuşdur.1992-ci ilin iyun ayında xarici düşmən dairələrin fitvası ilə ölkədə qızışdırılan etnik separatçılıq meyllərinin qarşısını almaq məqsədilə yaradılan Vahid Azərbaycan Milli Birlik Partiyasının təşkilat komitəsinin sədri, 1992-ci ilin noyabr ayında keçirilən qurultayda təsis olunan Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri seçilmişdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:301
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 May 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri