Hacımurad Tabasaranskinin qızı: Tək arzum atamın heç vaxt unudulmamasıdır
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Sabah atam Hacımurad Tabasaranskinin 103 yaşı olacaq. O, 20 dekabr 1922-ci ildə Dərbənddə anadan olub. Gənc yaşlarından hərbi xidmətə marağı olub və 1941-ci ildə cəbhəyə könüllü yollanmaq istəsə də, yaşına görə əvvəlcə rədd cavabı alıb. Lakin əzmi və bacarığı sayəsində o, Leninqrad Artilleriya Məktəbində təhsil alaraq leytenant rütbəsi ilə məzun olub”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Hacımurad Tabasaranskinin qızı Esmira Tabasaranski deyib.
O bildirib ki, İkinci Dünya Müharibəsi dövründə Hacımurad Tabasaranski Rjev cəbhələrində şiddətli döyüşlərdə iştirak edib, düşmənin mövqelərini zəbt etmiş və Qırmızı Bayraq ordeni ilə təltif olunub:
“Döyüşlərdə aldığı yaralara baxmayaraq, o, səhhətinə görə tərxis olunmadan əvvəl orduda böyük fədakarlıq göstərib. Müharibədən sonra Hacımurad Tabasaranski elmi və pedaqoji fəaliyyətə başlayıb. O, Bakı Kooperasiya Texnikumunda müəllim və direktor, Azərbaycan Kooperasiya Universitetinin ilk rektoru və professor olub. Həmçinin iqtisadiyyat və ticarət sahəsində doktorluq dissertasiyasını müdafiə edib. Atam həm döyüş qəhrəmanı, həm də elm və təhsil sahəsində fəal şəxsiyyət kimi xatırlanır”.
Onun sözlərinə görə, Hacımurad Tabasaranskinin həyatı fədakarlıq, iradə və bilik yolunda nümunədir:
“Tək arzum onun heç vaxt unudulmamasıdır. O, elmə və təhsilə böyük bağlılıq göstərirdi. Mənim 60 yaşımda belə, daim yeni məqalələr və yazılar haqqında mənimlə maraqlanır, işimlə yaxından tanış olmaq istəyirdi. Atam vəfat etdikdən sonra böyüdüyümü daha dərindən anladım. O, mənə qarşı göstərdiyi sevgi və qayğı ilə mənim üçün hər zaman dayaq olmuşdu. Yanında özümü həmişə uşaq kimi hiss edirdim. Biz küçədə gəzdiyimiz zaman onunla görüşən tələbələrin sayı heç vaxt az olmurdu. Atam həmçinin bir neçə kitab yazıb. Onlardan də birinin davamını mən hazırlamışam. Onun həyat və fəaliyyəti mənim üçün həm ilham, həm də öyrəniləsi nümunədir”.

Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Aysundan qızı ilə bağlı PAYLAŞIM: “Anan heç vaxt tək deyildi” VİDEO
20 Fevral 2026 16:34
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”
17 Avqust 2025 13:35
Atamın vəziyyəti pisdir Xalq artistinin qızı
05 Fevral 2025 14:13
Atamın gerçəkləşən dörd proqnozu... Jirinovskinin qızı
08 Oktyabr 2026 13:13
Qəzzanı heç vaxt tək qoymayacağıq Ərdoğan
24 Dekabr 2025 19:35
Baxış sayı:92
Bu xəbər 19 Dekabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları