Icma.az
close
up
RU
Hacıqabul rayonunda maraqlı AKSİYA FOTOLAR

Hacıqabul rayonunda maraqlı AKSİYA FOTOLAR

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Meşələr iqlim dəyişikliyi təsirlərinin azaldılması və karbon balansının tənzimlənməsində əsas ekosistemlərdən biridir. Hesablamalar görə 1 ha meşə sahəsi il ərzində 10-20 ton karbon qazı udaraq əvəzində oksigen ixrac edir.

Azərbaycanın Kür və Araz çaylarının sahil zolaqlarında yayılan Tuqay meşələri biomüxtəlifliyin qorunması və inkişafı, eləcə də atmosferdə karbon emissiyasının azaldılması potensialı ən yüksək olan meşələrdir. Təəssüf ki, həmin meşələr uzun müddət ciddi mühafizə edilmədiyindən, eləcə də illər boyu əkin sahələrinin genişləndirilməsi, yanacaq məqsədilə qırılması, Kür çayının hidroloji rejiminin dəyişməsi və digər amillər səbəbindən xeyli azalmış, seyrəlmiş, ağacların cins tərkibi əhəmiyyətli dərəcədə dəyişmiş, bir çox növlər itmiş və ya məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Bütün bunlar Tuqay meşə ekosisteminin bərpası istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə QHT-lər üçün həyata keçirilən “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsinə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən təqdim olunmuş “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində noyabrın 7-də Hacıqabul rayonu ərazisində Tuqay meşə ekosisteminin bərpası aksiyası keçirilib.  RİİB könüllüləri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin əməkdaşlarının iştirak etdiyi aksiyada rayonun Meyniman kəndində 1,5 hektar ərazidə Tuqay meşəsinə aid 1800 ədəd ağac tingi, eləcə də Abdulabad kəndində 20 sot ərazinin mühafizəsi təşkil olunmaqla 200-dən çox müxtəlif nəsli kəsilməkdə olan ağac növləri əkilmişdir.

Qeyd edək ki, meşə ekosisteminin bərpası aksiyası Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və noyabr ayında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar keçirilən çoxsaylı tədbirlərə dəstək məqsədi daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Noyabr 2024 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri