Hacıqabul Sənaye Parkında 463,7 milyon manatlıq məhsul satışı həyata keçirilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 23 iyun, AZƏRTAC
Hazırda Hacıqabul Sənaye Parkında 14 rezident və 5 qeyri-rezident fəaliyyət göstərir.
İqtisadi Zonaların İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu günədək Park üzrə 201,2 milyon manat investisiya portfeli formalaşıb, 463,7 milyon manatlıq məhsul satışı həyata keçirilib. Satışın 10,3 milyon manatı ixracın payına düşür. Parkda, həmçinin 576 daimi iş yeri yaradılıb.
Hacıqabul Sənaye Parkı ölkəmizin sənaye potensialının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı və regionlarda məşğulluğun artırılması istiqamətində mühüm rol oynayır. Parkın prioritet fəaliyyət istiqamətləri avtomobil sənayesi, kənd təsərrüfatı məhsullarının çeşidlənməsi, qablaşdırılması, emalı və konservləşdirilməsi, tikinti-inşaat materiallarının istehsalı, bərpa olunan enerji və maşınqayırma sahələrini əhatə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 23 İyun 2026 05:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















