Hacıqabulda AĞIR QƏZA: 2 nəfər öldü, yaralılar var YENİLƏNİB
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hacıqabulda baş verən qəzada ölənlərin sayı 2-yə çatıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan sərnişin, 1996-cı il təvəllüdlü Qəhrəmanova Aminə Fikrət qızı xəstəxanada dünyasını dəyişib.
***
18:12
02.01.2025
Hacıqabulda baş verən qəzada 5 nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, qəza zamanı bir ailənin 4 üzvü-Sabirabad sakinləri, 9 yaşlı Qəhəmanov Yusif Zamin oğlu, 7 yaşlı Qəhrəmanova Günel Vilayət qızı, 29 yaşlı Qəhrəmanova Aminə Fikrət qızı, 35 yaşlı Qəhrəmanlı Vilayət Rzaxan oğlu, Bakı sakini, 9 yaşlı Sarıyev Elvin Elşən oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Daha 2 nəfər ambulator yardım alıb.
Faktla bağlı araşdırma aparılır.
***
16:06
Hacıqabulda baş verən qəzada ölən və yaralananlar var.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ 2107" markalı avtomobil dönmə əməliyyatı zamanı sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin qarşısına çıxıb. Nəticədə "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq restoranın qarşısında dayanan digər avtomobillərə çırpılıb. Qəza zamanı azyaşlı ölüb, digər 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 03 Yanvar 2025 03:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















