Hacıyev və Qriqoryandan erməniləri susduran addım Bütün dünya izlədi
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“Azərbaycan və Ermənistanın yüksək səviyyəli rəsmilərinin beynəlxalq media resursuna birgə müsahibə verməsi iki ölkə arasındakı sülh prosesinin, ümumilikdə Cənubi Qafqazdakı yeni reallıqların çatdırılması zərurətindən qaynaqlanır”.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Dohada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə “Euronews”a verdiyi müsahibəni şərh edərkən deyib:
Siyasi şərhçi bildirib ki, müharibədən sonra sülhün əldə edilməsi asan məsələ deyil:
“Bunun üçün ilk növbədə hər iki ölkənin cəmiyyətləri arasında etimad mühiti qurulmalı, eyni zamanda, beynəlxalq ictimai rəyə müharibənin arxada qaldığı reallığı izah edilməlidir. Azərbaycan və Ermənistan etimad mühitinin qurulması istiqamətində işləyir. Hikmət Hacıyevlə Armen Qriqoryanın birlikdə müsahibə verməsi, fikrimcə, müharibənin bitdiyi, sülh dövrünün başladığı reallığını beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi daşıyırdı.
Asif Nərimanlı
Bunu zəruri edən səbəblər var. Çünki hələ də revanşist mövqedən çıxış edən erməni diasporu/lobbisi şəbəkələşdikləri ölkələrin və beynəlxalq təşkilatların mövqelərinə təsir etməyə, regionda sülhün əldə edilmədiyi fikrini yaratmağa çalışır. Bununla yanaşı, regionda maraqlı olan bir sıra qüvvələr də mövcud reallıqları qəbul etmək istəmir. O baxımdan, Azərbaycan və Ermənistan rəsmiləri birlikdə sülh mesajı verməklə iki ölkə arasındakı münaqişə dövrünün bitdiyini çatdırdı”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 10 Dekabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















