“Hadisələrin axarı onu göstərir ki, maya qədər şəkər xəstəsi olacağıq” bədbin, ancaq ümidli açıqlama
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
“Kəpəz”də daha bir baş məşqçinin dönəmi sona çatdı: Adil Şükürovla yollar ayrıldı. İndi əsas məsələ komandanın mövsümün ilk 5 oyununda qələbə qazana bilməməsinin səbəblərini və yeni baş məşqçinin kimliyini müəyyənləşdirməkdi.
“Football-plus.az” bu mövzuyla bağlı Gəncə təmsilçisinin əsas fanklubu olan “Xəmsə”nin rəhbəri Müşfiq Məmmədovun fikirlərini öyrənib:
“Biz bütün hallarda nəticəyə uyğun reaksiya verməyin tərəfdarıyıq. Hazırda klubun baş məşqçi seçiminə müdaxilə etmək istəmirik. Çünki namizəd irəli sürsək və uğursuz olsa, məsuliyyət üzərimizdə qalacaq. Əlbəttə, favoritimiz var, ancaq ad çəkmək fikrimiz yoxdu. Hər halda, eyni şəxsin yenidən baş məşqçi olması komandanı pis yerlərə sürüklədi. Heyətimiz zəif deyil. Sadəcə, Adil Şükürov bacarmadı. Heç-heçə belə görmədik. Hamı oturub harda səhv etdiyini düşünməlidi. Açıq suallar var: futbolçular kimin diqtəsiylə alındı? Hansı möqedə yanlış seçimə yol verildi? Adil Şükürov bu suallara cavab axtarmalıdı. Kompensasiyasını alandan sonra düşünməyə vaxtı olacaq. Yeni gələn mütəxəssisin vəzifəsinin öhdəsindən gələcəyinə inanırıq. Ona görə ki, bundan əvvəl gələn baş məşqçilər hədəfə çatmışdı. Bu mövsüm maliyyəmiz daha çoxdu, yeni rəhbərlik var. Əslində çempionat başlayanda bizə demişdilər ki, fevral-mart aylarında premyer-liqada qalmağımız dəqiqləşəcək. Hadisələrin axarı onu göstərir ki, maya qədər şəkər xəstəsi olacağıq”.
Baxış sayı:92
Bu xəbər 23 Sentyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















