Hadrut döyüşündə nələr baş verib? Erməni bloger SİRLƏRİ AÇDI
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“44 günlük müharibə zamanı Hadrutdakı Vəng kəndində mühasirəyə alınan əsgərlərin köməyinə heç kim gəlmədi: nə vəd edilmiş xüsusi təyinatlılar, nə də komandirlər”.
Turkustan.az xəbər verir ki, bunu erməni hərbi bloger Aram Qevorqyan yazıb.
O bildirib ki, kənddə evə sığınan əsgərlərdən 19 yaşlı Tiqran Aqanesyan 10 gün yaralı halda kömək gözləyib:
“Həmçinin yaralı David Adoyan da 18 gün sağ qalmaq üçün mübarizə apardı, amma köməyə gəlmədilər. 5-ci batalyonun şəxsi heyəti panikaya düşərək özlərini müdafiə etməyə çalışdılar, lakin koordinasiyalı döyüş əməliyyatları və vahid rəhbərlik olmadığı üçün bacarmadılar”.
Bloger deyib ki, döyüşün ən kritik anında erməni komandanlığının sərişətsizliyi faciəyə səbəb olub:
“Düşmənin Hadrut şəhərinə daxil olması barədə yuxarı qərargahdan məlumat almaq imkanı olmadığı üçün batalyonun şəxsi heyəti şəhərə doğru çəkildi. Lakin Azərbaycan Ordusu artıq Hadruta girmişdi. Belə bir məqamda şəhərə çəkilən erməni qoşunları Azərbaycan hərbçiləri ilə üz-üzə gəldi. Şiddətli döyüşdə hərbçilərimizin çoxu həlak oldu”, – A.Qevorqyan qeyd edib.
Erməni bloger iki aylıq əsgərlərləri döyüşə aparmağın bağışlanmaz səhv olduğunu vurğulayıb və Ermənistan ordusunda bu hallara çox rast gəldiyini deyib./Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 16 Avqust 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















