Icma.az
close
up
RU
Hafiz Hacıyev: AYNA tualetdə də xətt çəksin ki, bu saatda gir, ya girmə

Hafiz Hacıyev: AYNA tualetdə də xətt çəksin ki, bu saatda gir, ya girmə

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəhbəri Anar Rzayev Şəmsəddin Hacıyevin rektorluğu dövründə Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru olub. Kimlərinsə vasitəsilə AYNA-ya rəhbər qoyulub, ölkənin nəqliyyat sistemini bu vəziyyətə gətirib çıxarıb".

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O əlavə edib: "Azərbaycan nəqliyyat sistemində hazırkı vəziyyəti yaradan qurumun rəhbərliyidir. Bilmirəm, kimin adamıdırsa, xəbərdarlıq etsin. Bu gün AYNA adlı quruma nə ehtiyac var?! AYNA-nı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi idarə etməlidir. AYNA dövlət büdcəsinə bir qəpik pul köçürmür, bəlkə, kimlərinsə cibinə köçürür, bunu deyə bilmərəm, amma bu qurumda şəffaflıq yoxdur. Deyirlər ki, AYNA-nın işçilərinin maaşı artırılmalıdır, yaxşı, AYNA-ya borcumuz var ki, xalq işləsin, qurumun işçilərinin maaşı qalxsın? AYNA təcili ləğv edilməli, başında dayanan da həbs olunmalıdır! AYNA yox idi, hər şey yaxşı, camaat rahat, bu qədə cərimə yox idi...” pizza mizza

Partiya sədri bildirib ki, AYNA xalqı dövlətin, dövlət başçısının üzərinə qaldırmaq üçün qurulmuş bir qurumdur:

“Bu qurumda işləyənlərin əksəriyyətini araşdırmışıq. Hamısı ordan-burdan qovulan insanlardır. Biz neçə illər Azərbaycanın müstəqilliyinin qorunması üçün öz həyatımızdan, canımızdan keçmişik. Üzərimizə nə qədər böhtanlar, şərlər atıblar. Dövləti müdafiə etdiyimizə görə AYNA kimi qurumların incitdiyi insanlar bizi hər şeyə təhrik ediblər. AYNA-nın bu gün camaatın evinin qarşısında xətt çəkməsi insanları qıcıqlandırmaq deməkdir. Hesablansın, görək, bu AYNA-dan neçə manat dövlət büdcəsinə köçüb? Bundan başqa, insanlar nə qədər tıxacda qalır?! Bakı batıb, tərpənmək olmur. Artıq şəhərdə maşın sürmürük, haraya gedirəmsə, piyada gedirəm. Piyada getmək daha asandır.

AYNA insanların evində ayaqyoluna da xətt çəksin ki, bu saatda gir, ya girmə. Partiya sədriyəm, hər gün qəbulumuza yüzlərlə adam gəlib deyir ki, ay partiya sədrləri, siz də bu dövləti dəfələrlə təbliğ edirsiniz. Biz isə deyirik ki, dövlət başçısı nə etməlidir? Neçə illərdir, AYNA-ya yığılan pullar təcili hesablanmalı, görək, Azərbaycan xalqından bu günə qədər yığılan pullar hara gedib? Millət od püskürür, qarşısını zorla alırıq. Bakı şəhər təşkilatlarından hər gün xahiş edirik, camaatın arasında, metrolarda, avtobuslarda  olsunlar, insanlara başa salsınlar ki, müvəqqəti çətinlikdir. AYNA-nın hərəkətləri xalqı cana-boğaza yığıb. Lazımsız qurumdur. Normal sistem qurulmalı, tıxaclar kəsilməlidir. Şəhərdə velosiped sürən varmı ki, velosiped zolağı çəkirsən? O zolaqdan bir nəfər adam gedirmi? Getmir! Bir saatdanbir avtobus gəlir. Velosiped yolu isə boşdur. Kimisə varlandırmaqdan ötrü bu milləti dövlətin üzərinə qaldırmağa dəyməz.

30 il sonra Azərbaycan müstəqilliyini bu səviyyəyə çatdırıb. Bundan sonra kimlərinsə xatirinə biz bu dövləti xalqın arasında nüfuzdan sala bilmərik. Kimsə mağaza açır, bu mağazanın qarşısında maşın dayana bilməlidir ki, adam özünə su alsın. Aptekin qarşısında maşın saxlayıb dərman almaq olmur. AYNA buna imkan vermir. AYNA ləğv edilsə, bəlkə, xalqın bir az hirsi soyuyar ki, haqq-ədalət öz yerini tutdu. Əminəm ki, bizim bu çağırışımızı ölkə başçısı eşidəcək”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 Sentyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri