Hafiz Hacıyevin “pensiya almıram” iddiasına Rəsmi cavab KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev pensiya almadığını bildirib.
KONKRET.az xəbər verir ki, o, bu barədə Modern.az saytına açıqlama verib.
Partiya sədri pensiya və təqaüddən məhrum olduğunu açıqlayıb: “Pensiya da, təqaüd də almıram. Hər şeydən məhrumuq. Bizə heç nə düşmür. Bizə yad planetdən gələn insan kimi baxırlar. Qəmbərov İsaya 112 manat təqaüd verirlərsə, mənə nə verməlidirlər?”
Sosial şəbəkələrdə müzakirə olunan məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Fonddan sorğumuza cavab olaraq bildirildi ki, H. Hacıyev 4 ilə yaxındır pensiya alır: “Hacıyev Hafiz Ələmdar oğlunun pensiya hüququ 16.04.2021-ci il tarixində yaranıb və ona həmin tarixdən proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Hazırda vətəndaşın pensiyası 337,77 manat təşkil edir və pensiya ödənişlərində hər hansı bir problem olmayıb. Belə ki, vətəndaşın yanvar ayı üzrə pensiyası 2025-ci ilin yanvarın 9-da onun hesabına köçürülüb və o, həmin pulu yanvarın 12-də bankomatdan çıxarıb”.
Qeyd edək ki, H.Hacıyevin, həmçinin bir sıra xəstəliklərdən, o cümlədən altsheymerdən əziyyət çəkməsi ilə bağlı məlumatlar yayılıb. Siyasətçi yayılan iddiaları rədd edərək sağlam olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 15 Yanvar 2025 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















