Icma.az
close
up
RU
Hafiz Həsənova da ittiham elan olundu MƏHKƏMƏ MƏŞHUR VƏKİL BARƏSİNDƏ QƏRAR VERDİ

Hafiz Həsənova da ittiham elan olundu MƏHKƏMƏ MƏŞHUR VƏKİL BARƏSİNDƏ QƏRAR VERDİ

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri, tanınmış vəkil Hafiz Həsənov da Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb.

Gununsesi.info bildirir ki, ona  Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun haqqında ev dustaqlığı qətimkan tədbiri seçilib.

H.Həsənov martın 14-də daha 3 təşkilat rəhbəri ilə birlikdə saxlansa da, həmin gün axşam saatlarında buraxılmışdı. O, sonradan təqsirləndirilən şəxs qismində yenidən istintaqa cəlb edilib. H.Həsənov rəhbərlik etdiyi “LD Konsaltinq” MMC vasitəsilə donor təşkilatlardan layihə üçün aldığı maliyyəni qrant müqaviləsi yox, xidmət müqaviləsi kimi rəsmiləşdirməkdə suçlandırılır.

Martın 14-də eyni cinayət işi üzrə Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da həbs olunub. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onların hər biri haqqında 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib. Martın 19-da həbs qərarından apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi həbsi qüvvədə saxlayıb.

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli isə ölkədə olmadığından onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib.

Adları çəkilən vətəndaş cəmiyyəti fəalları Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə suçlanırlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Martın 14-də digər təşkilat rəhbərləriylə yanaşı, media hüququ üzrə ekspert, hüquqşünas Xalid Ağəliyev də saxlansa da, həmin gün axşam sərbəst buraxılıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Mart 2025 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri