Haitidə silahlı hücum: Ölənlər var
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Haitinin paytaxt Port-o-Prinsdə bir qəsəbəyə silahlı dəstələrin hücumu nəticəsində 50 nəfər həlak olub.
"Cebheinfo.az" xəbər verir ki, silahlı dəstələr Port-o-Prinsdən 10 kilometr aralıda yerləşən Kenskof şəhərinə hücum ediblər.
İlkin məlumata görə, hücumlarda 50 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.
Təhlükəsizlik qüvvələri yetərli olmadığı üçün qəsəbəyə əlavə polis göndərilib.
Haitidəki müstəqil qeyri-hökumət təşkilatının məlumatına görə, hücumlarda 100 ev yanıb.
Silahlı dəstələr əraziyə nəzarəti ələ keçirmək üçün hücumların sayını artırıb.
Bu arada Haiti polisinin sözçüsü Mişel-Ange Lui yerli mediaya 20 silahlı dəstə üzvünü öldürdüklərini və təhlükəsizliyin təmin edilməsi üçün lazım olanların edildiyini bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 03 Fevral 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















