Hakan Fidan: ABŞ nin Suriyadakı hərbi mövcudluğu Tramp üçün prioritet deyil
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ hərbi qüvvələrinin Suriyada mövcudluğunu davam etdirməsi prezident Donald Trampın administrasiyası üçün prioritet deyil.
Bakıvaxtı.az-ın TRT telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan deyib.
“Amerika hərbçilərinin Suriyada mövcudluğunun davam etdirilməsinin Trampın prioritetləri sırasında olmadığını görürük. Amerika ictimaiyyəti ABŞ-nin Suriyada hərbi mövcudluğunu saxlamağın müdrikliyini şübhə altına almağa başlayıb. Bundan əlavə, əvvəllər Suriyada İran, Rusiya və (Suriyanın keçmiş prezidenti Bəşər) Əsəd rejimi kimi amillər var idisə, indi vəziyyət dəyişib. Prezident Tramp indi Amerika qoşunlarının mövcudluğunun davam etdirilməsinin zəruriliyinə inanmalıdır. Əgər Amerika qoşunlarını çıxarsa, bu, onlara daha ucuz başa gələcək”, - deyə o qeyd edib.
İsrailin Suriya ərazisində olması məsələsinə toxunan diplomat qeyd edib ki, rəsmi Dəməşq beynəlxalq ictimaiyyətlə birlikdə İsrail qoşunlarının gələcəkdə Suriya ərazisindən çıxarılması ilə bağlı qərar verəcək./report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 20 Mart 2025 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















